Antimilli qüvvələr erməni mediasının “ulduzlarına”çevriliblər
Tarix: 20.04.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər
Naibə Hacıyeva:
“Onlar bu gün də mənə durmadan böhtanlar atırlar və geri çəkilim deyə, hələ də mənə hədə-qorxu gəlirlər”

Azərbaycanda keçirilən istənilən beynəlxalq tədbirlərdə hər zaman antimilli qüvvələr aktivlik göstərirlər. 11 aprel prezident seçkiləri ərəfəsində də biz onların bu fəallığını müşahidə etdik. Dövlətə qarşı olmazın böhtanlar atanların sonda fiaskosunu da gördük. Son sözü xalq dedi və öz inandığı liderini seçdi. Xaricdə və daxildəki qarayaxma kampaniyası aparanların isə etdiklərinin heç bir ictimai effekti olmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində onlara bir daha yerini göstərdi.
Dövlət başçısının fikrincə, antimilli qruplaşmalar tam marginallaşıb: “Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq”.
Seçki ərəfəsində antimilli qüvvələrə qarşı xaricdə əsas önə çıxıb mübarizə aparan vətənpərvər diaspor üzvü, Alman Azərbaycan Dostluq Cəmiyyətinin (AADC) sədri Naibə Hacıyeva oldu. Naibə xanım öz “Facebook” səhifəsində Prezidentə dəstək videosu paylaşaraq dövlətə sədaqətini göstərdi. Buna görə ona və övladlarına qarşı böhtanlar atdılar. Hətta “Qapın döyüləcək…”, “Qanını içəçəyik” və s. sözlərlə onu təhdid edirdilər. Amma N.Hacıyeva yenə də geri çəkilmədi və Almaniyada Prezidentə dəstək şəkilləri payladı. Naibə xanım bizimlə söhbətində dedi ki, antimilli qüvvələr bu gün də ona durmadan böhtanlar atır: “Mən hələ də bunlarla döyüşürəm, həm də çox ciddi. Geri çəkilim deyə, hələ də onlar mənə hədə-qorxu gəlirlər”.
N.Hacıyeva bildirdi ki, son zamanlar erməni mediasının “ulduz”u sayılan bir neçə nəfər sərhədlərini aşdıqca aşır: “Bu insanların girmədikləri, oynamadıqları rollar qalmadı. Bunlar uşaqlardan, gənc qızlardan istifadə etdilər, bir şey alınmadı. Dövlətə qarayaxma kampaniyası apardılar, söyüşlər söydülər, böhtanlar atdılar. Bütün bunlar yetmədi, artıq dövlətin rəmzlərini aşağılayırlar. Belə getsə, bunlar bayrağımızı belə, təhqir edəcəklər. Bu satqınlıq deyilmi!? Budurmu bunların vətən sevgisi!? Bunların üzlərindəki mimikalara bir baxın. Bunlar hələ bir uşaq böyütməyiblər, ailə başçısı deyillər, bir ailəni xoşbəxt edə bilməyiblər. 95 faizinin daimi oturumu yox, qanuni işləri yox, bir sözlə, özləri ayaq üstə dura bilməyənlər xalqa yol göstərmək istəyirlər”. AADC sədrinin sözlərinə görə, Azərbaycan xalqı çox ağıllı və güclü xalqdır: “Bu artistlərin isə kimə və nəyə xidmət etdikləri bəlli deyil. Özlərini “siyasətçi” kimi qələmə verirlər, lakin siyasətdən çox-çox uzaqlarda yaşayırlar. Xalqına dəyər verməyən bu insanlar erməniləri özlərinə nümunə seçənlərdir. Bunlardan başqa nə gözləmək olar!? Onlar zibil yeşiklərində eşələnirlər. Mən azərbaycanlı olmağımla çox qürur duyuram. Amma belə azərbaycanlıların olduğuna təəssüf edirəm”.
N.Hacıyeva dedi ki, prezident seçkiləri bitdi, müzakirələr olundu: “Biz böyüklərimizdən hər zaman belə bir nəsihət aldıq, xalq ilə dövlət bir arada olmalı, hər ikisi bir-birini dəstəkləməlidir. Birlik hər zaman həm insanları, həm də dövləti güclü edir. Gəlin, yumruq kimi bir olaq, vətənimizə, dövlətimizə, xalqımıza xeyir gətirən işlərlə məşğul olaq. Həmişə mənfi düşüncələrlə yaşamayaq, neqativ axtarmayaq. Gəlin, dövlətimizə və xalqımıza xeyir verən fikirlər, təkliflər irəli sürək. Etikadan kənara çıxmayaq, fikirlərimizə hörmətlə yanaşaq, fikir və təkliflərimizdən bir nəticə çıxaraq. Biz birlikdə çox şeyə nail ola bilərik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Qrant uğrunda mübarizə
22.05.2018
Müdafiə Nazirliyi təkzib edir
22.05.2018
AXC xalqımızın şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşardır
22.05.2018
Aleksandr Vuçiç Bakıda Nikola Teslanın abidəsini ziyarət edib
22.05.2018
Qay Rayder: “Azərbaycan sosial sahəylə bağlı uğurlu təcrübəsini digər ölkələrlə bölüşdürməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info