Ermənilərin mədəni irs nümunələrimizə iddiaları elmi dəlillərlə ifşa edilib
Tarix: 20.04.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər
Ermənilər həmişəki kimi, cəbhə bölgəsində dinc əhaliyə qarşı təxribatlarını davam etdirirlər. Son olaraq Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin ərazisi ermənilərin növbəti təxribatına məruz qalıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Ermənilərin bu təxribatı xaricdəki soydaşlarımızın da etirazına səbəb olub. Belə ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təsərrüfat işləri ilə məşğul olan dinc sakinləri hədəfə alması ilə bağlı etiraz bəyanatı yayıb.
Federasiyadan daxil olan bəyanatda bildirilir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini Rahim Hacıyevin təsərrüfat işləri ilə məşğul olarkən erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanması Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi növbəti cinayətdir. Qeyd olunur ki, həmişə olduğu kimi, bu dəfə də erməni silahlılarının azğınlaşması onların sabitliyi pozmağa cəhd göstərmələri ilə bağlıdır. Yerevanda siyasi iğtişaşların alovlandığı bir ərəfədə işğalçı dövlət bu yolla diqqəti cəbhə bölgəsinə yönəltməyə çalışır.
Federasiyanın bəyanatında, həmçinin qeyd edilir ki, işğal olunmuş Azərbaycan torpaqlarında başda Xocalı faciəsi olmaqla əlləri dinc insanların qanına batmış erməni terrorçuları yenə də cinayətkar fəaliyyətlərini davam etdirir. Türkiyədə yaşayan bütün soydaşlarımız düşmənin bu təxribatçı və cinayətkar əməlini kəskin şəkildə pisləyir.

“Ermənistan dövlətinin təcavüzkar siyasəti davam edir”
Avropada yaşayan azərbaycanlılar da Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində Ermənistan tərəfindən son günlər törədilən insidentlə bağlı BMT-yə, ATƏT-ə, Minsk qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıblar.
Avropa Azərbaycanlıları Konqresindən (AAK) verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusu qoşunların təmas xəttində təxribatların sayını artırıb və bu, qitədə yaşayan azərbaycanlıları ciddi narahat edir: “Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu hadisə bizi - Avropa Azərbaycanlıları Konqresini, Avropada yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Biz dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, onları təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə israrla çağırırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya susmaqda davam edir. Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması təcavüzkarın əl-qolunu daha da açır, törətdiyi cinayətlərin cəzasız qalması Ermənistan ordusunun Azərbaycanın daha neçə-neçə dinc sakininin qətlə yetirməsinə səbəb olur”.
Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biridir. Ermənistan silahlı birləşmələri bu kəndi 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıb. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər.

“Erməni tərəfi Azərbaycan xalqının maddi və qeyri-maddi irs nümunələrinə iddialar irəli sürür, əqli mülkiyyətimizə göz dikir”
Yeri gəlmişkən, Müəllif Hüquqları Agentliyi Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirib.
Konfransda çıxış edən agentliyin sədri Kamran İmanov bildirib ki, builki konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
O qeyd edib ki, hazırda milli sənət incilərimizin UNESCO-nun Qeyri-maddi Mədəni İrs nümunələri siyahısına daxil edilməsi üçün ölkəmizdə fəal iş aparılır. Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində 2008-ci ildən başlayaraq bu günə qədər Qeyri-maddi Mədəni İrs inciləri sırasına Azərbaycanın 11 elementi daxil edilib: “UNESCO-nun siyahısına daxil edilən mədəni irs nümunələrimizin sayı bədnam qonşularımızın qeydə götürülən elementlərinin sayını iki dəfədən çox üstələyir. Bununla belə, erməni tərəfi bu gün də UNESCO-nun Mədəni İrs siyahısına daxil etmək üçün Azərbaycan xalqının maddi və qeyri-maddi irs nümunələrinə iddialar irəli sürür, əqli mülkiyyətimizə göz dikir. Belə iddiaların əsassızlığını göstərmək üçün hər birimiz səylərimizi artırmalıyıq. Bugünkü tədbirin bir məqsədi də bundan ibarətdir”.
K. İmanov erməniçiliyin mif yaradıcılığına, mifomaniyaya çox meyilli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə bu uydurmalar “böyük torpaqlar” mifini, qonşulara ərazi iddialarını və onların mədəni irsinin mənimsənilməsini bir-birinə bağlayır: “Əqli mülkiyyətimizin “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməklə erməni ənənəsinə” çevrilən oğurluq üsulları çoxdan sirr deyil”.
O qeyd edib ki, agentliyin fəaliyyətində erməni saxtakarlıqlarına və plagiatçılığına qarşı mübarizə əsas yerlərdən birini tutur və bununla əlaqədar bir çox tədbirlər, o cümlədən beynəlxalq səviyyəli tədbirlər keçirilib, çoxsaylı kitablar və digər nəşrlər hazırlanaraq yayılıb, erməni saxtakarlıqlarının və ermənilərin mədəni irs nümunələrimizə iddialarının təkzibolunmaz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilib.
Millət vəkili Fəttah Heydərov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, millət vəkili Elmira Axundova isə tarixi Azərbaycan torpaqlarına, maddi-mədəniyyət nümunələrinə qarşı əsassız iddialar irəli sürən, onları mənimsəyən erməni saxtakarları haqqında geniş məlumat verib, Müəllif Hüquqları Agentliyinin bu sahədəki işini yüksək qiymətləndiriblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info