Hacıqabulda sahibkarlara güzəştli kreditlər verilib
Tarix: 21.04.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlər hesabına 5550-dən çox yeni iş yeri açılacaq

Prezident tərəfindən uğurla həyata keçirilən iqtisadi inkişaf siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi formalaşdırılmışdır ki, bu da əsas etibarilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə səciyyələnir. Fondun vəsaiti hesabına regionlarda istehsal və emal sahələrinin inkişaf etdirilməsi istiqamətində, həmçinin turizmin inkişafına yönəldilən kreditlərin həcmində hər il artım müşahidə olunur. İqtisadi sahədə həyata keçirilən genişmiqyaslı işlərin nəticəsidir ki, Azərbaycan heç bir kreditə möhtac deyil, əksinə özümüz kreditlər veririk. Prezident andiçmə mərasimindəki nitqində də qeyd etmişdi ki, dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir: “Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir.Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır.Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”. Dövlət başçısı nitqində bildirmişdi ki, sahibkarlığın inkişafı sürətlə gedir: “Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq”.
Bu siyasətin davamı olaraq İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Hacıqabul rayonunun Navahı qəsəbəsində keçirdiyi işgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 434 min manatdan çox güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, bağçılıq, meyvəqurutma müəssisəsinin yaradılması sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 568,5 milyon manat güzəştli kredit verilib. Yüzə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilib, Hacıqabul Sənaye Məhəlləsində sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan kompozit və plastik qablaşdırma materiallarının istehsalı müəssisələrinin, həmçinin rayonda prioritet hesab edilən quru meyvə istehsalı müəssisəsinin, müasir cins heyvandarlıq və taxıl anbarı kompleksi, intensiv bağçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 362 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 52,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5550-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Şirzad Abdullayev Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa dəvət edib. Tədbir çərçivəsində Hacıqabulda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq, əkinçilik və istixana komplekslərinə baxış keçirilib. Qeyd edək ki, son illər ümumi dəyəri 476 milyon manat, ildə 100 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 62 müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat güzəştli kredit verilib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Neftin bir barrelinin qiyməti 0,5 dollaradək bahalaşıb
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“
19.10.2018
Albaniyada TAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb
19.10.2018
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10283

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info