“Ölkəmiz dünyanın 20 turizm mərkəzlərindən biri olacaq”
Tarix: 20.04.2018 | Saat: 20:48:00 | E-mail | Çapa göndər
Ruslan Quliyev: >“Yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı” təqdim olunacaq”

“Artıq bayramlarda ölkədəki destinasiyalarda yer tapmaq çətinləşir. Ziyarətçilər əvvəlcədən yerləri sifariş edirlər”



Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilməsi münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirildi.
Tədbirdə Ruslan Quliyev rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən danışaraq qeyd etdi ki, təşkilat yarandığı gündən ölkədə həyata keçirilən turizm siyasətini dəstəkləyir və Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsinə töhfə vermək üçün müəyyən fəaliyyət prinsiplərinə malikdir: “Azərbaycan 2013-cü ildən Dünya Sağlamlıq Turizmi Təşkilatında (Global Helathcare Travel Council – GHTC) təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Məqsədimiz GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəmizə turist axınına səbəb olacaq fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri və investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir”.
Məlumat verildi ki, Dünya Sağlamlıq Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü ilə 2013-cü ildə Monakoda “İnternational Medical Travel Exhibition and Conference” sərgisi zamanı 14 ölkədən 21 nümayəndənin iştirakı ilə yaradılıb. Diqqətə çatdırıldı ki, Antalyada keçirilən “Hestourex -2018” (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində Dünya Sağlamlıq Turizmi Təşkilatının idarə heyətinə və rəhbərliyinə növbəti seçkilər keçirilib. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib. Səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçilib.
Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verdi, təşkilatın platformasını açıqlayaraq bildirdi ki, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: “Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə, 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Foruma 100-dən çox ölkədən nümayəndələr gələcək, iştirakçılar üçün bölgələrə turlar təşkil olunacaq. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”. Bildirildi ki, yaxın vaxtlarda ölkəmizdə vahid turizm reyestri yaradılacaq. Yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı” təqdim olunacaq. Assosiasiya sədri bildirdi ki, bu plan, əsasən, brendinq və beynəlxalq sertifikatların alınması məsələlərini əhatə edəcək. Həmçinin Azərbaycanın sağlamlıq turizmi xəritəsi hazırlanır. Ölkəmizdə turizm qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olmaqla, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində mühüm yer tutur. Ölkədə sağlamlıq turizminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi, may ayında Qalaaltıda MTN tərəfindən böyük simpoziumun keçirilməsi nəzərdə tutulur. Qeyd edildi ki, sağlamlıq turizmi insanların 365 gün faydalandığı bir turizm növüdür. Dünyada səyahətə çıxan insanların 30 faizi məhz sağlamlıq turizmini seçir. 10 il öncə ölkədə turizmlə bağlı vəziyyət fərqli olsa da, bu gün tikinti bumunun yaşandığını deyən R.Quliyev bildirdi ki, artıq bayramlarda ölkədəki destinasiyalarda yer tapmaq çətinləşir. Ziyarətçilər əvvəlcədən yerləri sifariş edirlər. O da vurğulandı ki, bu gün sağlamlıq turizmində dünya təcrübəsindən yararlanmaq vacibdir. Məsələn, qonşu Türkiyədə sağlamlıq turizmi inkişaf edib. Bunun nəticəsidir ki, türk vətəndaşları bir vaxtlar Avropaya gedirdilərsə, hazırda avropalılar Türkiyəyə gəlir ki, bu turizm növündə Türkiyə 3-cüdür. Ölkədə turizmin inkişafı ilə bağlı davamlı tədbirlərin reallaşdığını deyən R.Quliyev bildirdi ki, hazırda Turizm Şurası fəaliyyət göstərir və artıq iki iclası keçirilib. Həmçinin turizmlə bağlı Strateji Xəritə təqdim edilib. Turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər imkan verəcək ki, ölkəmiz dünyanın 20 turizm mərkəzlərindən biri olacaq. Tədbirdə Ceyhun Aşurov sammit barədə məlumat verərək, görüləcək işlərdən geniş söz açdı. Sonra iştirakçılara Dünya Sağlamlıq Turizmi Təşkilatının son seçkisini əks etdirən videoçarx nümayiş olundu. Tədbirdə Türkiyənin Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi - “Gilan Turizm” şirkətinin təmsilçisi Fərid Məcidov da iştirak edirdi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Qaradağda AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirilib
24.05.2018
UNEC təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib
24.05.2018
“Rüstəm İbrahimbəyov kimilərin azərbaycanlı adını daşımağa mənəvi haqları yoxdur”
23.05.2018
Naxçıvanda arı ailələrinin sayı 70 mini ötüb
22.05.2018
İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info