42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur
Tarix: 23.04.2018 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolları və Kazımabad kəndinin giriş yolunun yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 42 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 
"Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb", - deyə məlumatda vurğulanıb. 
Tikinti layihəsinə uyğun olaraq hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq 155 min kvadratmetr sahədə çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 66 500 paqon-metr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür. 
Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 363 min kvadratmetr həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılacaq. Yolun 210 min kvadratmetr sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtük döşənəcək.
 
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu 288 paqon-metr 500 mm, 118 paqon-metr 1000 mm diametrli dəmir-beton boruların quraşdırılması nəzərdə tutulub. Bundan başqa, yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunacaq.
 
Tikinti layihəsinin sonuncu mərhələsində 70 ədəd km göstəricinin, 192 ədəd yol nişanlarının, 1280 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Tikinti işlərinin isə tam olaraq payız aylarda yekunlaşdırılması nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Türkiyə mediası: “Star” neft emalı zavodu xaricdən asılılığı aradan qaldıracaq
17.10.2018
“APM Terminals” şirkəti “Petlim” konteyner limanını SOCAR-a təhvil verib
17.10.2018
Çində keçirilən Sammitdə Bakı Limanı barədə məlumat verilib
17.10.2018
Ölkəmizdə ilk dəfə Ucarda “Mozzarella“ pendirinin istehsalına başlanılacaq
17.10.2018
AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info