Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə başlanıb
Tarix: 23.04.2018 | Saat: 11:13:00 | E-mail | Çapa göndər


İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisinin sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən qısa müddət ərzində 84.427 hektar sahədə çəyirtkəkimilərin monitorinqi keçirilib.
Aparılan monitorinqlər nəticəsində çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olduğu müəyyən olunmuş 1600 hektar sahədə aprel ayının 19-dan etibarən Mərakeş çəyirtkələrinə qarşı ilkin mübarizə tədbirləri başlanılıb.
Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.
Mübarizə tədbirləri aparılan ərazilərdə əvvəlcədən xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilib, eyni zamanda onlara mübarizə tədbirlərinin əhəmiyyətini əks etdirən və çəyirtkəkimilər haqqında tərtib olunmuş broşuralar paylanılıb.
Hazırda Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə Tovuz, Qazax, Ağstafa, Samux və Səmkir rayonlarını əhatə edən Ceyrançöl ərazisində, İmişli, Beyləqan rayonlarında, eyni zamanda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Şirinqum ərazisində, Şamaxı, Kürdəmir və Ağsu rayonlarını əhatə edən Padarçöl ərasizində monitorinqlər davam etdirilir.
Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.
Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir
18.08.2018
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018
Türkmənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər
18.08.2018
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
18.08.2018
Yeddi ayda toxuculuq sənayesi 64,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9903

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info