BP Azerbaijan: “Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən əhəmiyyətlilərdən biridir”
Tarix: 23.04.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən iri və əhəmiyyətli bizneslərdən biridir”. Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi bu günə qədər dünyanın ən mürəkkəb layihələrindən biridir. “Bu yataq enerji təchizatı layihələrinin şaxələndirilməsi və yeni enerji bazarları yaratmaqla önəmli bir layihədir. 2017-ci il bu layihə üçün ən möhtəşəm il olub. Bu layihə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək,” – deyə B. Aslanbəyli qeyd edib.
O bildirib ki, 2017-ci ildə “Şahdəniz” platformasının hər iki fazasında tikinti işləri tamamlanıb: “Səngəçal” terminalında da tikinti işləri tamamlanıb. Yeni qazılmış quyuların bu il istismara verilməsi nəzərdə tutulub ki, bu da əlavə qaz həcmlərinin əldə edilməsi imkan yaradacaq. Bu illər əzində “Azəri-Çıraq –Günəşli” yatağından 3,3 milyard barel neft hasil edilib, “Şahdəniz” yatağından bu illər ərzində 89 milyard kubmetr qaz hasil edilib. Kondensat hasilatı 176 milyon barel təşkil edib. Həm Şahdəniz, həm də AÇG-dən132 milyard dollar gəlir əldə edilib".

Nigar 




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
24.01.2019
Azərbaycanda bu il mobil operatorlar 868,5 milyon manat gəlir əldə edib
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info