“Bakcell” biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir 
Tarix: 23.04.2018 | Saat: 15:18:00 | E-mail | Çapa göndər
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.
“Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş və fəaliyyətə artıq hazır olan bizneslərdən birinin açılışı olub. “Floristika Gül Dükanı“nın açılış mərasimində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, “Bakcell” şirkətinin nümayəndələri, ictimai xadimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Yeni dükanın sahibi Kazımli Seymur dövlət uşaq müəssisəsində boya-başa çatıb və gənc vaxtlarından gül mağazasında köməkçi işləyib. Biznesmen olmaq arzusu ilə 7 il ərzində işçi kimi gül biznesi ilə məşğul olan Seymur öz gül mağazasını açmağa iddialı olub və mükəmməl biznes plan tərtib edərək layihədə qalib olub.
“Bakcell” şirkəti ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirir. Biz çox şadıq ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” ilə uzun illər öncə başlanılmış əməkdaşlığımız öz bəhrəsini verməyə davam edir və dəstək göstərdiyimiz gənclərin artıq biznes sahiblərinə çevrilməsini görməkdən qürur duyuruq”, - deyə “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
“Mən uzun illərdir ki biznes qurmaq və gül dükanı açmaq arzusunda idim və bu gözəl layihə sayəsində mənim xəyallarım gerçəyə çevrilib. Əminəm ki, bu təcrübə gələcək həyatima da öz töhfəsini verəcək. Mənim üstümdə əməyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatına və “Bakcell” şirkətinə sonsuz təşəkkürümü bildirirəm”, - deyə Seymur Kazımlı bildirib.
Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri – Azərbaycan“ Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi “Bakcell” şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı“ və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.
“Bu layihəyə dövlətin də yaxından dəstəklədiyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) özünəməşğulluq proqramının bir hissəsi kimi baxmaq lazımdır. Mən çox şadam ki, “Bakcell” şirkəti ilə başladığımız bu təşəbbüs artıq öz bəhrəsini verməyə başlayıb. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik və mən inanıram ki, gələcəkdə daha çox gənc insan bu layihədən faydalanacaq”, - deyə “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının Milli Direktoru Rəşad Hüseynov bildirib.
Qiymətləndirmə zamanı əsas meyarlardan biri biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü nə qədər doğruldacağı, bu işdə müraciət edənin təcrübəsi və biznes planı təqdim edən gəncin sosial durumu nəzərə alınıb. Qalib gələn gənclərin hər 3-ü təqdim etdikləri biznes ideya üzrə iş təcrübələri var.
Xatırladaq ki, “Bakcell” şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Goranboyda xalça emalatxanası yaradılacaq
22.05.2018
Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib
22.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin milli iqtisadi modeli
22.05.2018
Azərbaycan Turizm və Menecment Universiteti təhsil əlaqələrini genişləndirir
22.05.2018
Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olunub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info