Keçmiş MTN əməkdaşı 14 il azadlıqdan məhrum edildi
Tarix: 23.04.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçən prosedə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilib.Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natavan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15, Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Həmçinin prokuror təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini istəyib.O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.Bundan başqa, o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı qanunauyğun olaraq qərar çıxarılmasını tələb edib.Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Kəndli və fermerlər hansı kreditlərdən yararlana biləcəklər
23.05.2018
Sabirabadda investisiya layihələrinin qəbuluna başlanılır
23.05.2018
Multikulturalizmin Azərbaycan modeli
23.05.2018
 Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb
23.05.2018
“Azeri Light”ın bir barreli 81,32 dollara satılır

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info