Əlillərin müalicəsi ilə əlaqədar monitorinqlər aparılacaqdır
Tarix: 23.04.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ötən ilin aprelindən başlanan “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyaları və əmək fəaliyyətlərindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layihəsini davam edir.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən əlillərin qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalarına getmələri üçün göndəriş almalarını təşkil etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq sayəsində onların işlədikləri idarə və müəssisələrində yaranmış problemləri araşdırıb hüquqi köməklik göstərmək və narazılıqları aradan qaldırmaqdan ibarətdir.
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov rəhbərlik etdiyi layihənin məqsəd və məramı haqqında məlumat verib. Onun verdiyi məlumata görə, qanunvericiliyə əsasən müharibə və digər kateqoriyalı əlillər ildə bir dəfə dövlət büdcəsi hesabına tibbi-reabilitasiya kursu keçməli və sanatoriyalarda müalicə olunmalıdır və həmin məqsədlə dövlət hər il kifayət qədər vəsait ayırır. Təəssüf ki, əlillərin əksəriyyəti bir dəfə də olsun ki, pulsuz tibbi-reabilitasiya kursu keçməyib və müalicəvi sanatoriyalarına göndərilməyiblər. Hətta onların çoxu bunun üçün lazım olan prosedurları bilmirlər.
Layihə çərçivəsində Naftalanda, eləcə də paytaxtın Sabunçu və Xəzər rayonlarında əlillərin çalışdığı idarə və müəssisələrdə, Əlillərin Bərpa Mərkəzi, Xəzər rayonunun Şağan qəsəbəsində Müharibə Əlillərinin Müalicə Sanatoriyası, Naftalan Müalicə Sanatoriyaları və xəstəxanalarda onların müalicə proseduralarının monitorinqi aparılacaqdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Bakı şəhəri və onun qəsəbələrində təmirsiz məktəb qalmayacaq
24.05.2018
İştirakçılara qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumat verilib
24.05.2018
“Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır“
24.05.2018
İlahiyyat İnstitutuna 20 Yanvar metrosu yaxınlığında bina ayrılıb
23.05.2018
Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info