2030-cu ilədək yeni texnologiya təqdim ediləcək
Tarix: 23.04.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Beşinci nəsil şəbəkəsinin kommersiya istismarı yalnız 2020-ci ilə planlaşdırılıb, amma Finlandiyanın Oulu Universiteti artıq "6G" texnologiyası üzərində işlərə başlayıb. Universitet rəhbərliyi altıncı nəsil şəbəkəsindən istifadə perspektivlərinin öyrənilməsi üçün nəzərdə tutulmuş "6Genesis" tədqiqat proqramının maliyyələşdirilməsini elan edib.

"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, tədqiqata rəhbərlik edən Matti Latva-axo bildirib ki, hər 10 ildə yeni nəsil mobil şəbəkə istifadəyə verilir. Məsələn, 2030-cu ilədək "6G" texnologiyasının istifadəyə verilməsi gözlənilir. Layihə müəllifləri "6G" mobil şəbəkəsinin istifadəsi nəticəsində dünyanın dəyişməsini əks etdirən çarx hazırlayıblar.

Mütəxəssislərin fikrincə, 2030-cu ilədək bizi artırılmış reallıq və süni intellekt texnologiyaları əhatə edəcək. İnterfeys smartfonlarda deyil, birbaşa əlimizdə holoqram şəklində əks olunacaq. İstifadəçilərin sağlamlığının izlənilməsi, həmçinin maraq dairəsindədir. Məsələn, hətta geyim orqanizmin həyat fəaliyyəti göstəricilərinə nəzarət edə biləcək. Şəhərlər qabaqcıl texnologiyaların köməyi ilə sakinlərin rahatlığını və təhlükəsizliyini təmin edəcəklər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Portuqaliyada 400 il bundan əvvəl batmış gəmi aşkar edilib
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info