Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
Tarix: 24.04.2018 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakıda səfərdə olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə MDU-nun məzunlarının təşkilati dəstəyi ilə Rusiyalı və Azərbaycanlı tarixçilərin Assosiasiyasının yaradılması məsələsi təklif olunub. Aparılan səmərəli müzakirədən sonra bu qurumun yaradılması məqsədəuyğun sayılıb. Tədbirdə, həmçinin orta məktəblərin tarix müəllimləri üçün Rusiya-Azərbaycan münasibətlərinin ümumi tarixinə dair metodik tövsiyələrin hazırlanması qərara alınıb. Sonra ADPU ilə MDU-nun tarix fakültəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi MDU-nun tarix fakültəsinin dekanı, professor İvan Tuçkov və ADPU-nun rektoru, professor Cəfər Cəfərov imzalayıblar.
Müqavilədə qarşılıqlı maraq doğuran birgə elm və təhsil layihələrinin gerçəkləşdirilməsi, dünya əhəmiyyətli problemlərlə bağlı müştərək elmi konfransların, simpoziumların, seminarların təşkili və keçirilməsi, akademik mobilliyin inkişafı, tələbə və müəllim mübadiləsi, informasiya, elmi nəşrlərin və tədris-metodik ədəbiyyatın mübadiləsi nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info