“Azərbaycan qısa vaxtda bütün dünyada öz sözünü deyən ölkələrdən birinə çevrilib”
Tarix: 23.04.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər
“Əminəm ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti mərhələdə daha böyük uğurlar qazanacaq”. Bu sözləri AZƏRTAC-a xüsusi müxbirinə müsahibəsində UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura deyib. Prezident İlham Əliyevi növbəti dəfə Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə ürəkdən təbrik edən K.Matsuura bildirib ki, məhz görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Prezident İlham Əliyev tərəfindən bacarıqla, müasir inkişaf tendensiyaları nəzərə alınmaqla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan sürətlə tərəqqi edərək regionun lider dövlətinə çevrilib. Sabiq baş direktor deyib: “Mən şəxsən Azərbaycanı və Azərbaycan xalqını çox sevirəm. Yaxşı bilirəm ki, Azərbaycan tarixi çox mürəkkəb və çətin mərhələlərdən keçib. Tarixboyu, xüsusən də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin ilkin dövrlərində xalqınız çox böyük çətinliklərlə qarşılaşıb. Amma son 25 ilə nəzər salsaq görərik ki, Heydər Əliyevin başlatdığı və sonradan İlham Əliyevin davam etdirdiyi inkişaf yolunda ölkəniz böyük uğurlar qazanıb. Xalqla sıx vəhdətdə keçən bu illər ərzində onlar Azərbaycana böyük nailiyyətlər qazandırıblar. Güclü rəhbər və uğurla nəticələnən addımlar nəticəsində Azərbaycan qısa vaxtda bütün dünyada öz sözünü deyən ölkələrdən birinə çevrilib. Eyni zamanda, Azərbaycan zəngin təbii sərvətlərə sahib olduğu üçün çox güclü bir iqtisadiyyat qurmağa nail olub. Ölkəniz və xalqınız üçün həmişə faydalı addımlar atılıb”. Prezident seçkilərindəki qələbəsi ilə əlaqədar dövlət başçısı İlham Əliyevi təbrik edən Koişiro Matsuura deyib: “Bilirəm ki, xalq tərəfindən böyük dəstəyə sahib olduğu üçün o, səslərin 86 faizdən çoxunu toplayaraq qalib gəlib. Mən inanıram ki, bu dəstək həmişə belə davam edəcək və cənab İlham Əliyev buna layiqdir”. Ölkə rəhbərliyinin dərindən düşünülmüş siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının sürətlə böyüdüyünü qeyd edən K.Matsuura bildirib ki, 2000-ci ildən bəri Azərbaycana etdiyi hər səfər zamanı ölkəmizin bütün sahələrdə inkişafının şahidi olub: “İlham Əliyev hakimiyyətə gəldikdən sonra bu inkişaf daha da sürətlənib və hazırda xalqınızın həyat səviyyəsi çox yüksəkdir. Prezident İlham Əliyev çox bacarıqlı, ölkə iqtisadiyyatının inkişafı üçün düşünülmüş addımlar atan, xalqı üçün faydalı qərarlar qəbul edən bir dövlət başçısıdır. Əminəm ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti mərhələdə daha böyük uğurlara imza atacaq”.




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
İbrahimbəyov özü qazdığı quyuya necə düşdü...
24.05.2018
“Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var”
24.05.2018
: “Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm”
24.05.2018
“Avropa şirkətləri İrandan getməli olacaq“
24.05.2018
“Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info