“Təhlükəsizlik Şurası dünyadakı güc balansını artıq əks etdirmir”
Tarix: 24.04.2018 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Antoniu Quterreş: “Təhlükəsizlik Şurasının işinə dəyişikliklər edilmədən qurumun tam islahatlaşdırılması mümkünsüzdür”

“Münaqişələrin dərinləşməsinin qarşısını ala biləcək nəzarət mexanizmləri artıq yoxdur”

BMT-nin baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasında struktur problemlərin olduğunu etiraf edib. A. Quterreş, Təhlükəsizlik Şurasının dünyadakı güc balansını artıq əks etdirmədiyini və müasir reallıqlara cavab vermədiyini qeyd edib. Baş katib həmçinin bəzi ölkələrin veto hüququndan sui-istifadə etdiyini də vurğulayıb. Quterreş qeyd edib ki, Təhlükəsizlik Şurasının işinə dəyişikliklər edilmədən qurumun tam islahatlaşdırılması mümkünsüzdür. BMT baş katibi “soyuq müharibə”nin qayıtdığını da bəyan edib. Bu barədə SVT telekanalı məlumat yayıb. “Aydındır ki, “soyuq müharibə” qayıdıb. Lakin, ABŞ və Rusiya artıq əvvəlki kimi hamıya nəzarət edə bilmir. Yaxın Şərq regionundakı bir çox ölkələr çox fəaldırlar: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. Hazırda dünyada iki oxşar və nəzarət olunan blok yoxdur” - deyə Antoniu Quterreş qeyd edib. O həmçinin BMT-nin Suriyadakı münaqişəni nizamlamaq iqtidarında olmadığını qeyd edib. Antoniu Quterreş münaqişələrin dərinləşməsinin qarşısını ala biləcək nəzarət mexanizmlərinin artıq olmadığını vurğulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
“Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
18.10.2018
Yeni sanksiyalar ABŞ-ın İran xalqına qarşı düşmənçiliyinin göstəricisidir
17.10.2018
“İctimai maraqlar müxalifət rəhbərlərini maraqlandırmır”
16.10.2018
“Azərbaycan sabit və təhlükəsiz ölkə kimi tanınıb”
16.10.2018
İlham Əliyevin şəxsində Azərbaycan dünya birliyinin böyük etimadını və hörmətini qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info