“SOCAR Karbamid” zavodu bu il məhsul istehsalına başlayır
Tarix: 24.04.2018 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


“SOCAR Karbamid” zavodunun inşasına bu vaxtadək 560-565 milyon avro xərclənib”. Bu barədə zavodun direktoru Xəyal Cəfərov deyib. O bildirib ki, “SOCAR Karbamid” layihəsinin investisiya dəyəri təxminən 760-780 milyon avrodur. İndiyədək zavodun tikintisinə 560-565 milyon avro sərf edilib: “İkinci əsas ödəniş isə zavod SOCAR tərəfindən qəbul olunan zaman həyata keçiriləcək”. X.Cəfərov qeyd edib ki, layihə üzrə mühəndislik və satınalma işləri artıq tamamlanıb. Tikinti işləri isə 99 faiz yerinə yetirilib. Sınaq-sazlama işləri təxminən 6 ay aparılacaq. Zavodda ilk məhsulun – amonyakın istehsalı təxminən avqustda gözlənilir. Bundan 1-1,5 ay sonra isə məhz azot gübrəsinin (karbamid) istehsalı nəzərdə tutulur. Zavod tam istismar gücündə işləməyə cari ilin dördüncü rübünün əvvəlinə hazır olacaq. SOCAR tərəfindən zavod təhvil alınan gündən etibarən maksimum səviyyədə istehsal həyata keçiriləcək. Zavodun ətraf mühitə təsiri sıfıra bərabər olacaq. “Ölkədə azot gübrəsinə tələbat ildə təxminən 150 min tondur. Ötən il Azərbaycanda gübrənin idxalına 55 milyon dollar xərclənib. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur. Həmin məhsulun əsəsən Qərb marşrutu ilə ixracı planlaşdırılır və hazırda zavodun sahəsinə dəmir yolu xəttinin çəkilişi müzakirə edilir” - deyə zavodun direktoru əlavə edib. Qeyd edək ki, Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Ötən ilin yanvarında SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb. Sumqayıtdakı Azot gübrəsi - karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək. Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir. Karbamid zavodunun illik gəlirinin 140-150 milyon dollar olması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
“Sondakika.com”: “Star” NEZ “Ən yaxşı maliyyə idarəçiliyi layihəsi” mükafatına layiq görülüb”
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info