Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni vətəndaş müharibəsinə aparır
Tarix: 24.04.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər
Azərbaycan Ermənistanla qonşu ölkədir, buna görə də Ermənistanın vəziyyətinə biganə deyilik. Təəssüf ki, Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni təkcə təcrid olunmuş vəziyyətə, çətin sosial-iqtisadi şəraitə deyil, eyni zamanda, vətəndaş müharibəsinə aparıb çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.
Qeyd edib ki, bu gün nəzərlər Yerevana yönəlib. Ermənistanın vilayətlərində nələr baş verdiyini kim bilir? Erməni hüquq müdafiəçiləri sosial şəbəkələrdə informasiya paylaşaraq, kütləvi həbslərdən xəbər verirlər.
Son hadisələr zamanı Yerevanda saxlanılanlar dövlət binalarını əhatəyə alanlardırsa, digər şəhərlərdə sadə nümayişçilər saxlanılır və onlara zor tətbiq olunur. Əlbəttə ki, bu Ermənistan hakimiyyəti tərəfindən açıqlanmır, ancaq ölkənin hüquq müdafiə təşkilatları bununla bağlı ciddi narahatlıqlarını bildirirlər. Yerevan paytaxtdır, buna görə baş verən hər şey diqqət mərkəzindədir, lakin digər şəhərlərdə baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır.
Deputat vurğulayıb ki, bu Ermənistanda ilk böyük miqyaslı etiraz aksiyaları deyil, əvvəllər də yüz minlərlə adam etiraz aksiyaları keçirib və hər dəfə nümayişçilər şiddətli basqıya məruz qalıblar. Dünyadakı beynəlxalq təşkilatlar və inkişaf etmiş demokratik ölkələr, baş verənlərə olduqca yumşaq reaksiya göstərirlər.
Dünya ictimaiyyətinin laqeydliyi nəticəsində Ermənistan hökuməti onilliklər ərzində fəaliyyətini davam etdirib, siyasi gücdən istifadə edərək bütün səlahiyyətləri öz əlində saxlamaq üçün hakimiyyət formatını dəyişib. Bu gün Ermənistanda mövcud özbaşınalığa beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün ölkədə baş verən kütləvi etiraz aksiyalar böyük əks -səda doğurub.
“Düşünürəm ki, Azərbaycan ərazilərini işğal edən və bu gün öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb”, - deyə S. Fətəliyeva vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Festivallar festivalında Azərbaycan da təmsil olunacaq
22.05.2018
“Dünyada güc balansı dəyişir”
22.05.2018
Cavanşir Feyziyev: Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından çox vacib geostrateji bölgəsidir
20.05.2018
Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxacaq
20.05.2018
Ukrayna əhalisinin 70 faizi ölkənin Avropa İttifaqına üzv olmaq ideyasını dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info