Küveytdən Azərbaycana gələn turistlərin sayı 7,1 dəfə artıb
Tarix: 24.04.2018 | Saat: 09:58:00 | E-mail | Çapa göndər
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 27,4%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan, 15,8%-i İran, 11,6%-i Türkiyə, 4,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Ukrayna, 1,8%-i İraq, 14,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,9%-ni kişilər, 32,1%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 29,6%-i yanvar, 26,4%-i fevral, 44%-i isə mart ayında ölkəyə gəlib. Mart ayında ölkəmizə gələnlərin 25,8%-ni İran vətəndaşları təşkil edib və onların sayı ötən ilin mart ayında gələnlərdən 4,6% çox olub.
Bu ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 6,4% azalma müşahidə edilib.
2018-ci ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,1% azalaraq 18,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,7% artaraq 204,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,3%-i dəmir yolu və avtomobil, 35,9%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 943,3 min nəfər olub. Ölkə vətəndaşlarının 31,6%-i Gürcüstana, 27,2%-i İrana, 21,8%-i Rusiyaya, 12,3%-i Türkiyəyə, 1,8%-i Ukraynaya, 1,5%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,9%-i kişilər, 30,1%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9% artıb, Türkiyəyə gedənlərin sayı 21,6%, Gürcüstana gedənlərin sayı 7,4%, Rusiyaya gedənlərin sayı 0,1% azalıb.
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,7%-i dəmir yolu və avtomobil, 19,4%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Məhəbbət Vəliyeva: “Şagirdlərin məktəblərə mobil telefonla gəlməsinə göz yumanlar var”
23.05.2018
DİN: Gənclərdə aqressiyanın əsas səbəbi xaricdən ötürülən cizgi filmləridir
23.05.2018
Bakı Nəqliyyat Agentliyində AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirilib
23.05.2018
May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb
23.05.2018
Mingəçevirdə “Sevdiyim” layihəsinin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info