Cəbhəyanı kəndləri birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Tarix: 24.04.2018 | Saat: 11:04:00 | E-mail | Çapa göndər


Füzuli rayonunda bu il 5 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmaq üzrədir. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışa imkan verən və 13,5 km uzunluğunda olan Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq marşrutu üzrə 5 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmaması yolların geyimi və yolun əsası, həmçinin torpaq yatağı deformasiyaya uğrayıb, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib: "Bu isə gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır. Məhz buna görə yolların yenidən qurulması 15  minə yaxın əhalisinin ürəyincə olub".
 
Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq avtomobil yolu IV texniki dərəcəyə uyğun 2 hərəkət zolağı enində yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla, yol yatağının eni 10 metr təşkil edir.
 
Layihə çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Texnoloji ardıcıllığa uyğun olaraq, hazırda optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlər 150 mindən kvadratmetrdən artıq ərazini əhatə edir.
 
Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yenidən bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub. Belə ki,  avtomobil yolu boyunca müxtəlif diametrli 356 paqon-metr uzunluğunda dəmir beton boruların quraşdırılması və başlıqlarının dəmir-betonla tikilərək izolyasiyası işləri aparılıb, 62 kv.m körpü məhəccəri sıradan çıxdığı üçün yenisi ilə əvəz olunub.
 
Tikinti norma və qaydalarına uyğun olaraq torpaq işləri yekunlaşan ərazilərdə artıq asfaltlanma işlərinə start verilib. Hazırda əlaqələndirici bitum səpilməklə  yolun 80 min kvadratmetrə  yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
 
Tikinti işlərinin sonuncu mərhələsində isə yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək.  Belə ki, 104 ədəd yol nişanı və yol göstərici lövhə, 14 ədəd km göstəricisi və 462 ədəd siqnal dirəyi quraşdırılacaq, 40 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
 
"Ümumilikdə cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır", - deyə məlumatda vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir
18.08.2018
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018
Türkmənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər
18.08.2018
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
18.08.2018
Yeddi ayda toxuculuq sənayesi 64,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9901

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info