UFAZ-da rəsm sərgisi təşkil olunub
Tarix: 24.04.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib.
ADNSU-dan redksiyamıza bildirilib ki, “Rəngarəng ruh” adlı sərgidə gənc rəssam Musa Niftəlinin 23 rəsm əsəri nümayiş olunub. Rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlər diqqəti cəlb edib. Tədbirdə UFAZ-ın professor-müəllim və tələbə heyəti, eyni zamanda, tanınmış incəsənət adamları, xalq rəssamları və rəsm həvəskarları iştirak ediblər.
UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlərin olmasını xüsusi qeyd edib.
Sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Xalq Rəssamı Arif Hüseynov və digər mötəbər qonaqlar gənc istedad Musa Niftəlinin rəsmlərinin hər birinin ayrı-ayrılıqda böyük əhəmiyyət daşıdığını, bu əsərlərin böyük zəhmətlə ərsəyə gəldiyini vurğulayıblar.
Sərgi iştirakçılarına minnətdarlığını bildirən gənc rəssam Musa Niftəli bundan sonra da əsərləri ilə müəllimlərinin etimadını doğruldacağını deyib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info