FAO: “Azərbaycanın orqanik məhsulları Avropa İttifaqı və ABŞ-a ixrac olunur“
Tarix: 24.04.2018 | Saat: 13:17:00 | E-mail | Çapa göndər


"Azərbaycanda orqanik məhsul istehsalı var və bu məhsullar əsasən Avropa İttifaqı və ABŞ-a ixrac olunur". Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqlarının artırılması" layihəsinin yekun seminarında FAO nümayəndəsi Uyğun Aksoy çıxışı zamanı bildirib.
U.Aksoyun sözlərinə görə, 2016-cı ilin statistikasına nəzər salınsa, Azərbaycanda 37 min hektar ərazi orqanik kimi sertifikatlaşdırılıb. "Azərbaycanda 305 orqanik məhsul istehsalçısı var. Düzdür, bizdə ixracatçı rəqəmləri yoxdur. Amma biz bilirik ki, Azərbaycanın orqanik məhsulları xarici bazarlarda çox geniş yayılıb. Orqanik bal, quru meyvələr və meyvə-tərəvəzçilik geniş yayılıb. Bundan başqa, tibbi-aromatik bitkilərin toplanması,  meşə meyvələrinin yığılması kimi sahələr Azərbaycanda mövcuddur. Azərbaycanda olan iqlim qurşaqları bir çox subtropik məhsulların istehsalına imkan yaradır",- deyə U.Aksoy vurğulayıb.
FAO nümayəndəsi onu da əlavə edib ki, Azərbaycan istehsalçıları öz məhsullarının tanıdılması istiqamətində işlər görməlidir: "Azərbaycanda hər hansı bir şəxslə danışarkən onlar öz pomidorlarını, narını tərifləyəcəklər, amma bunları başqa insanlara da təqdim etməlisiniz ki, hamının bundan xəbəri olsun və bu, ixrac bazarının inkişafına səbəb olsun".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir
18.08.2018
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018
Türkmənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər
18.08.2018
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
18.08.2018
Yeddi ayda toxuculuq sənayesi 64,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9901

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info