Türkiyə kitab oxumaqda bir çox Avropa ölkəsini geridə qoyub
Tarix: 24.04.2018 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Türkiyə əhalisi kitab oxumağa bir çox Avropa ölkəsindən çox vaxt ayırır.
Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat Avropa Statistika Təşkilatı (Eurostat) tərəfindən 23 aprel Dünya Kitab Günü ilə bağlı 2008-2015-ci illərdə 15 ölkədə aparılan tədqiqatın nəticələrində öz əksini tapıb.
Tədqiqata əsasən, gündə orta hesabla 13 dəqiqə kitab oxuyan estonlar siyahının birinci pilləsində qərarlaşıb. Sonrakı iki yeri 12 dəqiqə ilə Polşa və Finlandiya tutur. Həmçinin macarların gündə 10 dəqiqə, Yunanıstan vətəndaşlarının isə 9 dəqiqə kitab oxuduğu məlum olub.
Kitab oxumağa Lüksemburq və Almaniya sakinləri ilə eyni vaxt - gündə 7 dəqiqə ayıran türklər bu göstəriciyə görə aralarında İngiltərə, İspaniya və Niderlandın da olduğu bir çox Avropa ölkəsini geridə qoyub.
Avropada ən az kitab oxuyanlar isə fransızlar (2 dəqiqə), avstriyalılar, italyanlar və rumınlardır (5 dəqiqə).
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info