Dövlət Gömrük Komitəsinin yeni sədri kollektivə təqdim olunub
Tarix: 24.04.2018 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov tərəfindən komitənin kollektivinə təqdim edilib.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Ə. Əsədov S. Mehdiyevin həyat yolu barədə məlumat verərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasında mühüm rol oynayan gömrük orqanlarının fəaliyyətindən danışıb.
 
Prezidentin köməkçisi bildirib ki, son illərdə Prezident İlham Əliyevtərəfindən bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirilən mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Əli Əsədov ölkəmizdə gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edib və verilən tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib.
 
DGK sədri S. Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevtərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısı tərəfindən gömrük orqanları qarşısında qoyulan vəzifə və tapşırıqların uğurla icra olunacağını vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Neftin bir barrelinin qiyməti 0,5 dollaradək bahalaşıb
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“
19.10.2018
Albaniyada TAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb
19.10.2018
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10284

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info