Hacıqabulda ildə minədək “QAZ” avtomobili istehsal ediləcək
Tarix: 24.04.2018 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


2019-cu ilin sonunadək Hacıqabulda QAZ markalı avtomobilin yığılması təmin olunacaq. Xəbər verildiyi kimi, “Azərmaş” ASC və Qorki avtomobil zavodu arasında “QAZ” kommersiya avtomobillərinin Azərbaycanda yığılmasının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
“kommersant.ru” saytı xəbər verir ki, zavodun gücü ildə 1000-dək avtomobilə çatacaq. İstehsalın yaradılmasının maliyyə xərclərini Azərbaycan tərəfi üzərinə götürəcək. Rusiya müəssisəsi avtomobil dəstlərinin göndərilməsini, zəruri sənədləşdirmə və lisenziyanı təşkil edəcək, texnoloji proseslərin nizamlanmasını həyata keçirəcək. Qorki avtomobil zavodu, həmçinin markanın təşviqi xərclərinin bir hissəsini öz üzərinə götürəcək, “Azərmaş”ın əməkdaşlarının təlimini və sertifikatlaşdırılmasını həyata keçirəcək. Layihə çərçivəsində “QAZel Next” və “QAZel Biznes” kiçiktonnajlı kommersiya avtomobillərinin, habelə “QAZon Next” ortatonnajlı yük avtomobillərinin yığılmasını təşkil etmək planlaşdırılır. Baza modelləri əsasında xüsusi texnikanın müxtəlif variantlarının, o cümlədən bələdiyyə xidmətləri üçün avtomobillər, təcili tibbi yardım avtomobilləri, məktəb üçün mikroavtobusların istehsalını təşkil etmək planlaşdırılır. Avtomobillərin istehsalında Azərbaycanda istehsal edilmiş komponentlərdən istifadə olunması planlaşdırılır. Avtomobillərə distribüterlik və servis xidməti ilə “Azevrokar” (“Azərmaş”ın törəmə şirkəti) məşğul olacaq. Bakıda QAZ diler firma mərkəzinin açılışı 2018-ci ilin mayına nəzərdə tutulur.
Qorki avtomobil zavodunda qeyd edilir ki, Azərbaycan Rusiya avtomobillərinin ənənəvi satış ənənəvi bazarlarındandır. QAZ markası burada yaxşı tanınır və şirkət nisbətən kiçik investisiya müqabilində bazarın nəzərəçarpan payına sahib ola bilər. “Azərbaycan Qorki avtomobil zavodu üçün perspektivli bazardır. Respublikanın infrastrukturu dinamik inkişaf edir və biz “QAZ” markasının ənənəvi seqmentlərində - yük və sərnişin daşımalarda, kommunal təsərrüfatda, sənayenin müxtəlif sahələrində, tibb müəssisələri və məktəblərdə NEXT avtomobilləri üçün böyük potensial görürük”, - deyə Qorki avtomobil zavodunun marketinq və satış departamentinin direktoru Mixail Baxtarin bildirib.


Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“
19.10.2018
Albaniyada TAP-ın dəniz hissəsinin tikintisinə başlanılıb
19.10.2018
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
19.10.2018
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10283

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info