“Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır”
Tarix: 24.04.2018 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Qatil Sarkisyanın hakimiyyətdən qovulması hərbi-xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu hesab edir ki, məsələ bunula bitməyəcək: “Sarkisyan və onun quldur dəstəsi illərdir diktatura rejimi quraraq Ermənistanın bütün resurslarını istismar edirdi. Minlərlə etirazçı bunun hesabının soruşulmasını istəyəcək. Hazırda Ermənistanda yaratdıqları sistemli korrupsiya maşını hesabına təkcə büdcəni deyil, hətta erməni diasporu tərəfindən göndərilən ianələri belə mənimsəyən soyğunçu oliqarxiya Sarkisyanla bərabər hazırlıqsız yaxalanıb və ölkədən qaçmaq üçün yollar axtarırlar. Ancaq bu o qədər də sadə məsələ deyil. Əgər Sarkisyan oliqarxiyası əlindəki korrupsiya kapitalını ölkədən çıxararsa, Ermənistanın çox zəif olan iqtisadiyyatı bir daha iflic olar. Ona görə də etirazçılar buna yol verməməyə çalışacaqlar”.
Deputat vurğulayıb ki, başqa mühüm məsələ odur ki, artıq Ermənistanda hamıya aydındır ki, Dağlıq Qarabağ münaqişəsini siyasi istismar mövzusuna çevirməklə hakimiyyətdə qalmaq siyasəti mümkün olmayacaq: “Çünki Aprel döyüşlərindən sonra işğalçılıq siyasətinin daimi olaçağına inananların sayı hər gün bir az da azalır. Sarkisyan rejiminin hakimiyyətini təmin edən başlıca faktor isə bu idi ki, Ermənistan daxili auditoriyaya qalib ölkə kimi təqdim edilir, işğalın daimi olacağı inamı təlqin edilirdi. Ancaq bu günkü reallıq ondan ibarətdir ki, işğalçılıq siyasəti Ermənistanı faktiki blokada vəziyyətinə salıb, sosial – iqtisadi vəziyyət böhran həddindədir, işsizlik,yoxsulluq baş alıb gedir, olduqca ciddi demoqrafik vəziyyət yaranıb, ölkə bütün beynəlxalq və regional layihələrdən kənarda qalıb, hətta Azərbaycanın çevik və effektiv diplomatiya strategiyası Ermənistanın ənənəvi tarixi dostlarını belə özünün tərəfdaşlarına çevirib. Belə olan halda işğalçılıq siyasətilə regionda mövcud olmaq sadəcə mümkünsüz hala gəlib. Ona görə də Sarkisyanın istefası xilas üçün yeganə çıxış yolu kimi görünürdü və ermənilər də bunu dərk etdikləri üçün radikal etiraz yolu tutmalı oldular”.
H.Babaoğlu vurğulayıb ki, nəticə həm də bir həqiqəti aydın göstərdi ki, yeni siyasi mərhələdə siyasi liderlər mütləq bu faktorları siyasi strategiyanı müəyyənləşdirərkən nəzərə almalıdırlar: “Sarkisyanın Xocalı soyqırımına görə cəzalandırılmasına gəldikdə isə deyə bilərik ki, bu cani Avropanın beynəlxalq təşkilatları qarşısında törətdiyi cinayəti etiraf edib. Kifayətdir ki, daima insan hüquqlarından, ədalətdən danışan avropalılar Azərbaycanın tələblərinə obyektiv cavab verib hərbi tribunal qursunlar, Balkanlarda soyqırımı törədən hərbi-siyasi caniləri cəzalandırdıqları kimi, qatil Sarkisyanı da cəzalandırsınlar. Əlbəttə, Azərbaycan Sarkisyanın beynəlxalq hərbi tribunala cəlb edilməsi üçün əlindən gələni edəcək”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
“Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
20.10.2018
Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
19.10.2018
Albayrak: “Star” Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq”
19.10.2018
“Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir”
19.10.2018
Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10283

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info