Vergiödəyiciləri ilə 75 görüş keçirilib, 10173 ünvanlı xidmət göstərilib
Tarix: 25.04.2018 | Saat: 13:54:00 | E-mail | Çapa göndər
2018-ci ilin birinci rübü ərzində vergiödəyicilərinə xidmət strukturları tərəfindən vergiödəyiciləri ilə 141, bələdiyyələrlə 38, “vergi dostları”, şagird və tələbələrlə 75 (ümumilikdə 254) görüş keçirilib, 10173 ünvanlı xidmət göstərilib. Nazirliyin rəsmi internet saytının “Sual-cavab” bölməsi vasitəsilə daxil olan 725 sual cavablandırılıb.
Vergilər Nazirliyinə daxil olmuş müraciətlər, o cümlədən qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər nəzərə alınmaqla Vergi Məcəlləsində dəyişikliklərin edilməsi və dəyişikliklərə uyğun olaraq bəyannamə formalarına edilməli olan əlavə və düzəlişlərlə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Cari il ərzində vergi orqanına təqdim olunmalı bəyannamələr və ödənilməli vergilər barədə “2018-ci ilin vergi təqvimi” hazırlanaraq nazirliyin rəsmi internet saytında yerləşdirilib, həmçinin digər kütləvi informasiya vasitələrində yayımlanıb. Elektron qaimə-fakturanın tətbiqi barədə hər bir vergiödəyicisinə fərdi yanaşmaqla, daha səmərəli məlumatlandırma işlərinin aparılması barədə vergi orqanlarına müvafiq göstərişlər verilib.
2017-ci ilin yekunlarına görə hüquqi şəxslərin mənfəət və əmlak vergisi, o cümlədən sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxslərin əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi üzrə bəyannamənin təqdim edilməsi müddəti barədə müvafiq elanlar hazırlanaraq nazirliyin rəsmi internet saytında və sosial şəbəkələrdə yerləşdirilib, ATV kanalının “İqtisadi zona” verilişində, digər KİV-lərdə yayımlanıb.
Vergi qanunvericiliyinə və digər normativ hüquqi aktlara edilmiş dəyişikliklər nəzərə alınmaqla yeni redaksiyada hazırlanaraq, 19 adda buklet, kitabça və jurnalların yeni layihəsi nazirliyin rəsmi internet saytında yerləşdirilib.
Elektron xidmətlərin tətbiqi ilə bağlı bələdçi buklet hazırlanıb və burada nazirlik tərəfindın göstərilən elektron xidmətlərin siyahısı, onların reqlamentləri, zəruri məlumatların əldə edilməsi, İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və E-VHF”, “E-bəyannamə, ƏDV_DH və ŞHV” və “E-qaimə” bölmələrindən istifadə qaydaları sadə və əyani formada göstərilib.
“Fiziki şəxsin onlayn qaydada vergi uçotuna alınması” adlı videotəlimat hazırlanaraq nazirliyin rəsmi internet saytında və sosial şəbəkələrdə yerləşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Kəndli və fermerlər hansı kreditlərdən yararlana biləcəklər
23.05.2018
Sabirabadda investisiya layihələrinin qəbuluna başlanılır
23.05.2018
Multikulturalizmin Azərbaycan modeli
23.05.2018
 Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb
23.05.2018
“Azeri Light”ın bir barreli 81,32 dollara satılır

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info