“Son illərdə gənc kadrlar daha çox irəli çəkilir, onlara daha çox etimad göstərilir”
Tarix: 25.04.2018 | Saat: 17:19:00 | E-mail | Çapa göndər
“Yeni iqtisadi şəraitə uyğun olaraq aparılan islahatlara daha təkmil və çevik idarəetmə sisteminin yaradılması da aiddir. Təsadüfi deyil ki, ölkə başçısının son təyinatları ilə bağlı mühüm və məsul vəzifələrdə gənc, amma təcrübəli kadrların yer alması cəmiyyətin bütün təbəqələri tərəfindən də rəğbətlə qarşılandı”. Bu fikirləri “İRƏLİ” İctimai Birliyinin sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü MirHəsən Seyidov deyib. O bildirib ki, vətəndaşlar kadr təyinatına yüksək həssaslıqla yanaşaraq Prezidentin bu xüsusdakı sərəncamlarını da alqışladılar: “Prezident İlham Əliyev parlamentdə andiçmə mərasimində söylədiyi dərin məzmunlu nitqində bir sıra məqamlarla bağlı mesajlar da vermişdi. Buna misal olaraq Ölkə rəhbəri dövlətimizin əldə etdiyi bütün uğurların kökündə müstəqilliyə qovuşmağımızın dayandığını diqqətə çatdırıb. Dövlət başçısı fəaliyyətində ona böyük güc verən qüvvəni açıq ifadə edib. Prezident deyib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir" Bu fikir faktiki olaraq İlham Əliyevin səmərəli fəaliyyətinin başlıca səbəbini açır. Prezident öz xalqına güvənir, ona xidmət edir və bu səbəbdən xalqdan daim dəstək görür. Eyni zamanda Prezident daim ölkədə gənc kadrların əsas icraedici qüvvə olmasının da vacib olduğunu qeyd edib. Və təyinatlar zamanı şahidi olduq.
Azərbaycanda müxtəlif sahələri özündə əks etdirən köklü islahatların həyata keçirilməsi isə təqdirəlayiq haldır. İstər siyasi, istər iqtisadi, istərsə də idarəetmə sahəsində həyata keçirilən islahatların müsbət nəticələr verəcəyi şübhəsizdir.  Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların insanların sosial rifahının yüksəlməsinə müsbət təsir etməsi isə göz önündədir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən “Mexricon” uşaq xeyriyyə festivalının təşkilatçısı olub  
23.05.2018
“Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı olub
23.05.2018
UNEC-in yeni tədris korpusu barədə məlumat
23.05.2018
ADPU-da AXC-nin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
23.05.2018
“Cümhuriyyət tələbələri” inşa müsabiqəsi yekunlaşıb

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info