BANM SOCAR-ın III Beynəlxalq Forumunu konfrans ilə yekunlaşdırır
Tarix: 25.04.2018 | Saat: 17:45:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbinin (BANM) və “Confidence Capital” (Böyük Britaniya) şirkətinin təşkilatçılığı ilə keçirilən və Ümummili Lider Heydər Əliyevin 95 illiyinə həsr olunan SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” adlı III Beynəlxalq Forumu artıq üçüncü gündür ki davam edir. Forumun 4 günlük proqramına əsasən bu gün “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilib.
Konfransda çıxış edən BANM-ın rektoru Elmar Qasımov konfransda çıxış edəcək məruzəçilərə və iştirakçılara uğurlar arzu edən rektor Elmar Qasımov, Bakı Ali Neft Məktəbinin SOCAR-ın III Beynəlxalq Forumuna və onun çərçivəsində keçirilən Beynəlxalq Konfransa ev sahibliyi etməsindən böyük sevinc hissi keçirdiyini qeyd edib.
Dörd sessiyadan ibarət olan Konfransın ilk sessiyası “Azərbaycanın köhnə neft-kimya müəssisələrinin modernizasiyası ilə bağlı nəticələrin təhlili və yeni müəssisələrin işə salınması” haqqında məruzələrə həsr olundu. Bu sessiyada 3 məruzəçi - SOCAR Karbamid zavodunun direktoru Xəyal Cəfərov, “Azərikimya” İstehsalat Birliyinin İnvestisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev çıxış etdilər.
“Xəzər bölgəsi ölkələrin neft-kimya istehsalı və neft emal zavodlarının texniki durumu və məhsulları”na həsr olunan ikinci sessiya və “Neft və qaz emalı sahəsində ən yeni texnologiyalar” adlı üçüncü sessiyanın hər birində isə 3 məruzəçinin çıxışı nəzərdə tutulub. Konfransın dördüncü sessiyası isə dörd əcnəbi qonağın “Neft emalı zavodlarında yeni informasiya texnologiyalarının tətbiq olunması: İdarə olunmasının effektivliyinin artırılması” mövzusunu əhatə edəcək məruzələrindən ibarət olacaq.
SOCAR-ın III Beynəlxalq Forumu çərçivəsində həyata keçirilən “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda müxtəlif ölkələrdən 250-dən çox menecer və expert iştirak edir.
Qeyd edək ki, SOCAR-ın III Beynəlxalq Forumunun rəsmi hissəsinə bağlanış mərasimi ilə yekun vurulub. Forumun sonuncu günü - 26 aprel isə iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıt neft-kimya kompleksinə texniki səfər təşkil olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Ombudsman Aparatında AXC-nin 100 illiyinə həsr olunan elmi-praktiki konfrans
22.05.2018
“Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri”
22.05.2018
Serbiya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
22.05.2018
“Mir Cəlal - yazıçı, alim və müəllim”
22.05.2018
BANM-in tələbələri “SOCAR – KBR” tərəfindən işə götürüləcək

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info