17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulur
Tarix: 25.04.2018 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Ağdaş rayonunda iki istiqamət üzrə ümumilikdə 17 kəndi birləşdirən və 60 kilometr uzunluğu olan müasir avtomobil yolları inşa edilir.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda uzunluğu 27 kilometr olan Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir.
 
İki hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulan bu yolun hərəkət hissəsi 6 metr, çiyinləri 2 metr, yol yatağının eni isə 10 metrdir.
 
Yol yatağında tarazlıq və bərkitmə işlərindən sonra asfalt örtüyünün döşənməsinə başlanılıb. Hazırda müxtəlif təyinatlı ağır texnikalar və işçi qüvvəsi yola asfalt örtüyünün döşənməsi işlərinə cəlb olunub. 
 
Müasir yol infrastrukturunun yaradılmasından sonra ətrafdakı kəndlərin sakinlərinin Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat çıxışı təmin olunacaq.
 
Hazırda rayonda yenidən qurulan yollardan biri də Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
 
Yolun 7 kilometrlik hissəsinə 2 qat asfalt örtüyü vurulub. Yolun 12 kilometrlik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması işlərinə start verilib. Rayonun 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisi Ağdaş şəhərinə gediş-gəlişi rahatlaşacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib
21.01.2019
Prezident İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib
21.01.2019
Prezident İlham Əliyev: Azərbaycan öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurur
21.01.2019
Prezident meksikalı həmkarına başsağlığı verib
21.01.2019
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info