ADPU tələbələri AXC-nin 100 illiyi münasibətilə ingilis dilində tədbir keçiriblər
Tarix: 26.04.2018 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Sevda Ağayevanın rəhbərliyi ilə Tarix və Coğrafiya fakültəsinin I kurs (101T/C, 102T/C, 108T) tələbələrinin ingilis dilində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azerbaijan Democratic Republic-100 “ adlı tədbiri keçirilib. Tədbir Azərbaycan tarixində müstəsna rol oynamış Cümhuriyyət qurucularının həyat və yaradıcılığına həsr olunub.
Tədbirdə İngilis dili kafedrasının müdiri, dos. Gülçöhrə Alıyeva, dos. Svetlana Məmmədova, müəllimlər Arzu Hüseynova, Məlahət Səmədova və Məlahət müəllimənin ingilis dilini tədris etdiyi T/C 102-ci yarımqrupu iştirak edib. Tədbirdə tələbələr Cümhuriyyət qurucularından M. Ə. Rəsulzadə, F. Xoyski, Ə. Topçubaşov, Ə. Şıxlinski, S. Mehmandarov, N. Yusifbəyli, X. Sultanov və digər tarixi şəxslərin həyat və fəaliyyəti barədə ətraflı məlumat veriblər. Tələbələrin çıxışları sinxron olaraq videoçarxla müşayiət olunub. Tədbirdə diqqəti çəkən məqamlardan biri tələbələrin sevilən Xalq şairimiz S. Vurğunun “Azərbaycan” şeirinin ingilis və Azərbaycan dillərində əzbər demələri olub.
Tədbirin sonunda qonaqlar çıxış edərək baş müəllim Sevda Ağayevaya, tələbələrə və 32 nömrəli məktəbin 2C sinif şagirdi Aftandil Əliyevə öz təşəkkürlərini bildiriblər. Qonaqlar tədbirdən razı qaldıqlarını söyləyiblər. Tədbirin sonunda Sevda Ağayeva tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info