“Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir”
Tarix: 25.04.2018 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


“Münasibətlərimiz siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf edir”

Prezident İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Sonra xatirə şəkilləri çəkdirilib. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb. Prezident daha sonra Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Görüşdə İsmayıl Qəhrəman Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirib. Türkiyə parlamentinin sədri dövlət başçısının prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq deyib: “Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”. Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğulayıb. Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edilib, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub. Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olunub. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edilib. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
****
“Prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir”. Bu fikirləri Prezident İlham Əliyev aprelin 25-də Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı deyib: “Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olmuşdur. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim. Dünən əziz qardaşımla görüşləri başladıq, bu gün davam etdik. Bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi vardır”.




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Udi gənclər Bilik Fondunun köməyi ilə dövlət dilimizi daha dərindən öyrənirlər
19.08.2018
Əmək müqaviləsi olmadan çalışmaq işçini gələcəkdə sosial təminatdan məhrum edir
19.08.2018
19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür
19.08.2018
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
19.08.2018
Azərbaycanın ilk Xalq Şairi - Mirvarid Dilbazi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9903

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info