Əfqanıstan hakimiyyəti dialoq təklifinə “Taliban”dan cavab almayıb
Tarix: 26.04.2018 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


“Əfqanıstan hökuməti dialoqa başlamaq barədə “Taliban” hərəkatından cavab almasa da, onların razılığına ümid edir”. TASS xəbər verir ki, bunu Əfqanıstan prezidentinin müşaviri Məhəmməd Hənif Atmar bildirib.
Danışıqların Moskva formatı çərçivəsində keçirilmə imkanları ilə bağlı sualı cavablandıran Atmar “meydança seçiminin ikinci dərəcəli məsələ olduğunu” qeyd edib. Xatırladaq ki, fevral ayının sonlarında ikinci beynəlxalq “Kabil prosesi” konfransının açılışında Əfqanıstan Prezidenti Əşrəf Qəni heç bir şərt irəli sürmədən “Taliban” hərəkatını dialoqa çağırıb. O, həmçinin hərəkatı legitim siyasi qüvvə kimi tanımağa və Kabildə onların rəsmi nümayəndəliyini açmağa hazır olduğunu deyib. Respublikanın xarici işlər naziri Səlahəddin Rəbbani martın sonlarında Əfqanıstan üzrə beynəlxalq konfransda çıxış edərkən “Taliban” hərəkatı ilə birbaşa danışıqların tez bir zamanda başlayacağına ümidvar olduğunu bildirmişdi.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info