“Sahibkarlar tikinti prosedurlarının sadələşməsindən razıdırlar”
Tarix: 25.04.2018 | Saat: 21:27:00 | E-mail | Çapa göndər
“Ekspertizası tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndirilib”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) 30-a yaxın tikinti şirkətinin rəhbərləri ilə görüş keçirib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı “Doing Business” hesabatında “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə çıxış edib.
Bildirilib ki, aparılan sistemli iqtisadi islahatlar nəticəsində “Tikintilərə icazələrin alınması” indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilib. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsi ilə “ASAN Kommunal/Xidmət” mərkəzlərində əldə olunur. BŞİH-in Baş Memarı Akif Allahverdiyev bildirib ki, meriyada “Tikintilərə icazələr üzrə Bir Pəncərə”də sənədlər qəbul edilir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin saytından sahibkarların elektron qaydada tikinti icazələri üçün müraciət etməsinə imkan yaradılıb. Tikinti sahəsində çalışan sahibkarlar Prezidentin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində yaradılmış şəraitə görə razı olduqlarını bildiriblər.
Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Xüsusilə vurğulanıb ki, biznes mühitinin digər istiqamətlərində də aparılan iqtisadi islahatlar, infrastrukturun yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Multikulturalizmin Azərbaycan modeli
23.05.2018
 Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb
23.05.2018
“Azeri Light”ın bir barreli 81,32 dollara satılır
23.05.2018
Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018
Bu il Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə istifadəyə veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info