Yanvar-mart aylarında 193 çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub
Tarix: 26.04.2018 | Saat: 11:32:00 | E-mail | Çapa göndər


Bu ilin ilk rübündə Əmlak Məsələləri Dövlət Komitəsinə 193 çağrı mərkəzi, onlayn çat, sosial şəbəkə vasitəsi ilə 6 min-ə yaxın müraciət daxil olub. Onların 3 min 500-dən çoxu 193 vahid çağrı mərkəzinin, 2 min 500-ə yaxını sosial şəbəkələrin, “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 5 mindən çoxu Bakıdan, 1000-ə yaxını isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən ay ərzində 2000-ə yaxın müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb.
Statistikaya görə 2018-ci ilin yanvar-mart aylarında 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 3000-dən çoxu (89%) sorğu tiplidir.
Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 84%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.
Şəhər və rayonlar üzrə alınan bu nəticə bölgələrdə aparılan maarifləndirmə işlərinin daha da intensivləşməsini şərtləndirir. Komitə isə bunu nəzərə alaraq statistik göstəricilərin yaxşılaşdırılması üçün fəaliyyətini daha da təkmilləşdirir, bölgələrdə bu istiqamətdə işgüzar forumlar keçirir.
Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər üstünlük təşkil edir.
Məcmu sorğuların mövzuları üzrə strukturun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 20 %-i özəlləşdirilmə ilə, 10%-i torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir.
Özəlləşdirilmə ilə bağlı sorğuların ilk beşlikdə qərarlaşması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub. Elektron hərrac sistemi kimi özəlləşmə sahəsində yeniliyin tətbiqi isə prosesə olan diqqəti daha da yüksəldib.
Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlər də yer alıb. Həmin məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, araşdırma aparılıb, sorğular qanunvericilik çərçivəsində həll edilib.
Daxil olan müraciətlərdə daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, bələdiyyə torpaqlarının qeydiyyatı, ümumi mülkiyyətin bölünməsi məsələləri öz əksini tapır. Həmçinin torpaq sahəsinin dəqiqləşdirilmiş koordinatlarının çəkilməsi, torpaqların təyinatının dəyişdirilməsi, onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər sahələrlə bağlı suallar verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı, elektron xidmətlərin istifadəsi ilə bağlı lazımi prosedurlar da onlayn və canlı rejimdə izah olunur.
Bundan başqa Komitə hərraclara olan marağın daha da artırılması, özəlləşdirilmə prosesinin sürətləndirilməsi üçün vətəndaşların maarifləndirilməsi üzrə tədbirlər görür. Bu sahədə də onların suallarının operativ cavablandırılması üçün Privatization.az portalının onlayn məsləhət pəncərəsi də fəaliyyət göstərir.
Komitə tərəfindən həyata keçirilən bütün bu innovativ layihələrin, xidmətlərin həyata keçirilməsində əsas məqsəd vətəndaş məmnuniyyətinin və rahatlığının təmin edilməsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Udi gənclər Bilik Fondunun köməyi ilə dövlət dilimizi daha dərindən öyrənirlər
19.08.2018
Əmək müqaviləsi olmadan çalışmaq işçini gələcəkdə sosial təminatdan məhrum edir
19.08.2018
19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür
19.08.2018
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
19.08.2018
Azərbaycanın ilk Xalq Şairi - Mirvarid Dilbazi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9901

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info