Yaponiyadan İrana dəstək
Tarix: 26.04.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


İranın nüvə proqramı ilə əlaqədar 2015-ci ildə əldə edilmiş razılaşmanın müddəaları ABŞ da daxil olmaqla, bütün iştirakçılar tərəfindən həyata keçirilməlidir və ona yenidən baxmağa ehtiyac yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Konon iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra jurnalistlərə deyib.
Qeyd edib ki, Yaponiya ardıcıl şəkildə nüvə razılaşmasını dəstəkləyir və hesab edir ki, bütün iştirakçılar onun müddəalarını həyata keçirməkdə davam etməlidirlər. İran tərəfindən razılaşmanın icra olunması ölkənin iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Yaponiya isə bu məsələyə xüsusi dəstəyini göstərməyə hazırdır.
NHK telekanalı qeyd edir ki, T.Kononun bildirdiyinə görə Yaponiya və İran razılaşmanın vacibliyini vurğulayırlar və onun ABŞ da daxil olmaqla digər iştirakçılar tərəfindən dəstəklənməsini zəruri hesab edirlər.




 
Bölməyə aid digər xəbərlər
24.10.2018
Putin və Tramp arasında keçiriləcək görüşün tarixi açıqlanıb
23.10.2018
Çin və ACEAN ölkələri birgə hərbi-dəniz təlimləri keçirirlər
23.10.2018
İsveçrədə referenduma qeyri-adi məsələ çıxarılacaq
22.10.2018
Qəndaharda amerikan generalı yaralanıb
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10312

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info