Xarici milli suvenirlərə böyük maraq göstərirlər
Tarix: 26.04.2018 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Ağac üzərində oyma sənəti Qax rayonunda dekorativ sənətin ən qədim növlərindən biri sayılır. Tural Mənəfov bu işlə məşğul olan az sayda sənətkarlardandır. Uşaqlıqdan bu qədim xalq sənətinə böyük maraq göstərən Tural 7 ildir ki, ağac parçalarından, taxtadan milli suvenir əşyalar hazırlamaqla məşğuldur.
AZƏRTAC-ın bölgə müxbiri Tural Mənəfovla doğulub boya-başa çatdığı Qum kəndindəki emalatxanasında görüşüb, onun yaradıcılığı ilə maraqlanıb. Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən, üç tərəfdən dağlarla əhatələnən Qum kəndi əsrarəngiz təbiəti, qədim tarixi abidələri ilə seçilir.
1988-ci ildə bu kənddə doğulan Tural uşaq yaşlarından rəssamlığa maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Qax Peşə Liseyində bənna, suvaqçı, rəngsaz ixtisası üzrə təhsil almasına baxmayaraq, rəssamlığa olan marağı onun gələcək fəaliyyət sahəsinin müəyyənləşdirilməsində böyük rol oynayıb. Liseydə oxuduğu müddətdə o, peşəkar rəssam və heykəltəraş Soltan Hacıyevdən fərdi şəkildə rəssamlıq sənətinin ilkin sirlərini öyrənib. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət tikinti sahəsində çalışan Tural yenidən uşaqlıq arzusunu reallaşdırmaq qərarına gəlib. Tural Mənəfov artıq neçə ildir ağac üzərində oyma sənəti ilə, milli suvenirlər hazırlamaqla məşğuldur. Onun ağac parçalarından, taxtadan hazırladığı müxtəlif fiqurlar, suvenir əşyalar hamı tərəfindən böyük maraqla qarşılanır.
Sənətkarın dediyinə görə, kənddə yaşadığı üçün uşaqlıqdan təbiət qoynunda gəzməyi çox xoşlayıb, daim ağacla, çay daşları ilə, bitkilərlə təmasda olub. Hər dəfə çay kənarında sel-sularının gətirdiyi rəngli çay daşlarını, qeyri-adi ağac köklərini görəndə düşünüb ki, ondan nə isə maraqlı bir əşya hazırlamaq olar. Bir dəfə tapdığı ağac kökünü evə gətirib, üzərində bir az işlədikdən sonra onun ətrafına meşədən yığdığı kiçik göbələkləri əlavə edib və maraqlı bir kompozisiya alınıb. Hazırladığı ilk əl işini dosta-tanışa göstərib. Suvenir əşyanın hamı tərəfindən bəyənildiyini görən Tural bu sənətlə müntəzəm məşğul olmaq qərarına gəlib.
Həmsöhbətimiz deyib: “Əvvəllər bu sahəyə bir hobbi kimi maraq göstərirdim. Hazırda isə bu iş ailə biznesimə çevrilib, artıq bu sənətdən gəlir də əldə edirəm. Yaşadığım Qax rayonu ölkəmizin yaxşı tanınan turizm bölgələrindəndir. İlin bütün fəsillərində buraya xeyli sayda yerli və xarici turist gəlir. Onlar milli suvenir əşyalarla çox maraqlanırlar. Əl işlərimi alanlar da elə həmin turistlərdir. Odur ki, bütün fəaliyyətimi bu istiqamətə yönəltmişəm. Əsasən kiçik ölçülü suvenirlər hazırlayıram. Çünki belə əl işlərini alıb aparmaq daha asandır. Qiymətlər də çox münasibdir, 5-15 manat arasında dəyişir. Hazırladığım əl işlərinə yerli turistlərlə yanaşı, xaricilər də böyük maraq göstərirlər. İndiyədək 30-dək xarici ölkənin turistləri əl işlərimi alaraq öz diyarlarına aparıblar”.
Tural ustanın suvenirlərin satışından heç bir narazılığı yoxdur. Xüsusilə, yay aylarında milli suvenirlərə tələbat xeyli çoxalır. Yerli və xarici turistlər daha çox buta, başmaq, nal, ürək, böcək formasında olan suvenirlərə, göz muncuqlarına, quş fiqurlarına maraq göstərir, bu işləri həvəslə alırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
19.10.2018
Əliqismət Lalayev “Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı
18.10.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bir ömrün iziylə” kitabının təqdimatında iştirak edib
18.10.2018
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
18.10.2018
Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı hədiyyələr verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10283

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info