“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir
Tarix: 26.04.2018 | Saat: 15:02:00 | E-mail | Çapa göndər
Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda növbəti endirim kampaniyasına start verib.

Kampaniya çərçivəsində İstanbul-Bakı və əks istiqamətə aviabiletlər endirimli qiymətlə təklif olunur.

Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə bir biletin qiyməti 189 avrodan (təxminən 393 manat) başlayır. Sözügedən qiymətə 25 kq baqaj və 8 kq əl yükü daxildir.

Aprelin 30-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə cari ilin 15 may – 11 iyun tarixləri arasında səyahət etmək mümkündür.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib
25.05.2018
“Mastercard” Azərbaycan üzrə yeni menecer təyin edib
25.05.2018
Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri fəaliyyət prinsipini dəyişəcək
25.05.2018
Nazir: “Son 8 ildə kənd təsərrüfatı məhsulları istehsalına subsidiyalar 2 dəfə artırılıb“
25.05.2018
Şirvan-Salyan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info