Uşaqlar səhər yeməyində bunları yeməlidirlər
Tarix: 26.04.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər
Uşaqların çoxu səhər yuxudan oyanmaq istəmirlər, süfrə arxasında da aclıq hiss etmədiklərini deyirlər. Bəzən hazır yeməyin, ya da uşağın sevdiyi yeməklərin süfrədə olmaması da onların iştahına təsir edir. Ancaq səhər yeməyi gecə aclığından sonra bədənin yenidən enerji yığması üçün çox vacibdir.
Milli.Az bildirir ki, gecə aclığından sonra səhər yeməyini yeməmək qan şəkərinin düşməsinə və bununla bağlı çox şəkərli, yağlı qidalar yemək arzusunun yaranmasına, öyrənmə və konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur. Səhər yeməyi qan şəkəri kimi bilinən qlükoza üçün qaynaq rolunu oynayır. Qlükoza beyin üçün ən vacib və yeganə enerji qaynağıdır. Beynin funksiyalarını normal yerinə yetirməsi üçün yüksək miqdarda qlükozaya ehtiyacı var. Araşdırmalar göstərir ki, səhər yeməyini yeyən şagirdlərin konsentrasiya və öyrənmə qabiliyyətləri digərlərinə nisbətdə daha yaxşıdır. Ümumiyyətlə, səhər yeməyini yeyən insanların gün ərzində işgüzarlıqlarının daha yüksək olması təsbit olunub.
Araşdırmalarda səhər yeməyi yeyən şagirdlərin:
- Sinifdə daha müvəffəqiyətli olduqları;
- Qavrama bacarıqlarının daha yaxşı olduğu;
- Problemləri daha rahatlıqla həll etdikləri;
- Qidalanma ilə bağlı yaranan xəstəliklərə daha az tutulduqları bəlli olub.
Uşaqlıqdan əldə edilən vərdişlər gələcək həyatın təməlini təşkil edir. Buna görə də səhər yeməyini uşağa erkən yaşlarda öyrətməklə ona sağlam bir gələcək vermiş olarsınız. Üstəlik, köklük, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi, yüksək təzyiq kimi irsi xəstəliklərin çoxundan da uşağı qoruya bilərsiniz.
Bəs səhər yeməyində nə yeməli?
Səhər yeməyində ümumən karbohidrat mənbəyi olan çovdar və ya tam taxıllı çörəkləri, meyvə, tərəvəz, protein mənbəyi olan pendir, yumurta, süd və qatığı, yağ qaynağı olan qoz, badam, fındıq, zeytun, təbii mürəbbə və cemlər, bəhməz kimi sağlam qidalar məsləhət görülür. Evdə səhər yeməyini yeməyə vaxtı olmayanlar üçün sendviç, yaxud tost yaxşı seçim ola bilər. Bulka, müxtəlif şirin bişmələr, hamburger kimi qidalardan səhər yeməyində mümkün qədər uzaq durmaq lazımdır.
Qəlyanaltı üçün təzə və quru meyvələr, qoz, badam, fındıq kimi yağlı çərəzlər, qutu südlər və ya təbii meyvə şirələri kimi praktik daşına bilən qidalardan istifadə etmək olar. Səhər yeməyi və qəlyanaltıların verildiyi məktəblərdə menyular ailələr tərəfindən yoxlanılmalıdır.
Səhər yeməyini yeyən şagirdlər dərsləri daha yaxşı qavrayırlar
Səhv və ya normadan az qidalanmanın zəifliyə, yaxud köklüyə, diş çürükləri, qan azlığı, yod çatışmazlıqlarına səbəb olduğundan çoxumuz xəbərdarıq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir
24.05.2018
Yaşıl çay yaddaş xəstəliklərini məhv edir
23.05.2018
Almatı şəhərinə qar yağır
23.05.2018
“Facebook”da yeni funksiyalar istifadəyə veriləcək
23.05.2018
“Microsoft” Çinlə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info