İlham Əliyev Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb
Tarix: 26.04.2018 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Blekmen, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.
 
APA-nın məlumatına görə, görüşdə Britaniya parlamentinin üzvləri dövlət başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər. 
 
Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyiblər.
 
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçısı seçkilər zamanı səsvermənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını deyib.
 
Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olunub. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub
19.10.2018
İzmirdə “Star” neft emalı zavodunun açılışı olub
19.10.2018
Prezident Azərbaycan energetiklərini təltif edib
19.10.2018
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”
19.10.2018
Doqquz ayda əhalinin gəlirləri 9,5 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10283

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info