Ukraynada akademik Zərifə Əliyevaya həsr olunmuş anım mərasimi keçirilib 
Tarix: 26.04.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, anım mərasimində səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Azərbaycan diasporunun fəalları, gənclər və media təmsilçiləri iştirak edib.
Tədbirə qatılanlar ilk öncə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkşafında misilsiz xidmətləri olub. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim obrazı canlanır. Səfir İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirib.
Tədbirdə İrpen şəhərinin merinin müavini Dmitriy Xristyok, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko və digər şəxslər çıxış edərək, akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs ediblər. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıblar.
Sonra akademikin adını daşıyan 12 saylı orta məktəbin şagirdlərinin ifasında akademik Zərifə Əliyeva haqqında şeirlər səsləndirilib.
Anım tədbirinin sonunda Azərbaycan və Ukrayna arasında dosluğun bariz nümunəsi kimi səmaya hər iki ölkənin dövlət bayraqları rəngində şarlar buraxılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Gürcüstanın Dmanisi rayonunda Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
17.01.2019
Litva “Transavropa Dəmir Yolu” layihəsindən çıxmaq istəyir
16.01.2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019
“Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun”
16.01.2019
Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info