BANM Qazaxıstan universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Tarix: 26.04.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev imzalayıblar.
Memorandumda iki universitet arasında tələbə və müəllim mübadilə proqramları, tədqiqat layihələrində və konfranslarda iştirak, birgə akademik proqramlarda, peşəkar inkişaf proqramları və təlimlərdə iştirak, fakültə üzvlərinin və tədqiqatçıların mübadiləsi, tələbələrin mübadiləsi kimi məsələlər əksini tapıb.
İmzalanma mərasimində E.Qasımov BANM-in fəaliyyəti, təlim-tədris proqramları, ali məktəbin son uğurları və yenilikləri haqqında qonaqlara məlumat verib. Rektor Qazaxıstan-Britaniya Texniki Universiteti ilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.
Sonda qonaqlar iki ali məktəb arasında əməkdaşlığın uğurlu olacağına əminliklərini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
16.08.2018
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018
Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9901

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info