“Sabah.com.tr”: “Ərdoğan:Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik”
Tarix: 26.04.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Sabah.com.tr” saytında isə “Seçki sonrası ilk səfərim Bakıyadır” başlıqlı yazı dərc edilib. Bu yazıda göstərilir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk rəsmi rəsmi səfərini Türkiyəyə edib. Rəsmi qarşılanma mərasimi ilə bağlı məlumatın yer aldığı yazıda hər iki ölkə liderinin birgə mətbuat konfransı geniş işıqlandırılıb: “Türk Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı istər Azərbaycan hökuməti, istər Azərbaycan xalqı hər zaman bizimlə oldu. Biz də Dağlıq Qarabağ problemini hər zaman öz problemimiz hesab etmişik. Bununla bağlı Azərbaycana verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik”. Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan Türkiyənin terrorla mübarizəsində hər zaman yanındadır.  Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçib. Biz - Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcək. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın”.




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir
18.08.2018
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018
Türkmənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər
18.08.2018
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
18.08.2018
Yeddi ayda toxuculuq sənayesi 64,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9903

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info