SOCAR və BP yeni saziş imzalayıb
Tarix: 26.04.2018 | Saat: 20:45:00 | E-mail | Çapa göndər
Saziş Xəzərdə yeni imkanların araşdırılması üçün şərait yaradır və Azərbaycanın hasilatına uzunmüddətli töhfə vermək potensialına malikdir
SOCAR və BP Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıb.
SOCAR-ın saytının məlumatına görə, saziş Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb. İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub: “Bizim BP ilə artıq uzunmüddətli əməkdaşlıq ənənəmiz formalaşıb. Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək. Bu gün imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq”. B. Dadli isə qeyd edib ki, bu saziş Azərbaycanda uzunmüddətli hasilatı dəstəkləmək, SOCAR və BP-nin Xəzərdə əlavə imkanların araşdırılması məqsədi ilə yeni birgə səylərinə söykənir: "25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk və inanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur. Biz SOCAR və digər tərəfdaşlarımızla sıx işləyərək geoloji kəşfiyyat işləri aparmaqla və qarşıdan gələn onilliklərdə Xəzərin gələcəyini təmin etməyə yardımçı olmaqla Azərbaycandakı əhəmiyyətli biznesimizi artırmaqda davam edəcəyik”. D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında, D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Belarusiyadan idxal edilən kərə yağlarının keyfiyyətinə zəmanət verilir
23.05.2018
Şəhidin ailəsinə “Şücaətə görə” medalı təqdim olunub
23.05.2018
“Sumqayıtı tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya keçirilib
23.05.2018
Ermənistan ordusu atəşkəs rejimini 92 dəfə pozub
23.05.2018
OPEK iyunda neft hasilatının həcmini artıra bilər

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info