Azərbaycanlı alim erməni saxtakarlığını ifşa edib
Tarix: 27.04.2018 | Saat: 02:56:00 | E-mail | Çapa göndər
Türkiyənin Kayseri şəhərindəki Ərciyəs universitetinin professoru Qafar Çaxmaqlı XX əsrin əvvəllərindən bəri Qərb ölkələrində “erməni məsələsi”nə dair çap edilən memuarların əksəriyyətinin həqiqəti əks etdirmədiyini ortaya çıxarıb. APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türk Tarix Qurumu və Aydın şəhərindəki Adnan Menderes adına universitetin birgə təşkil etdiyi “Osmanlıdan Cümhuriyyətə beynəlxalq xatirat” mövzusundakı konfransda çıxış edən professor Qafar Çaxmaqlı Ruben Ter-Minasyanın 1952-ci ildə ABŞ-da çap edilən “Bir inqilabçının xatirələri” adlı kitabında ermənilərin Osmanlı torpaqlarında qətliamlar törətdiklərinə dair faktlar yer aldığına görə, erməni vəhşiliyinin mühüm dəlili olan o kitabın ermənilərin özləri tərəfindən mağazalardan yığışdırıldığını bildirib.
Professor Qafar Çaxmaqlı Birinci dünya müharibəsi illərində ABŞ-ın İstanbuldakı səfiri olan Henri Morqentaunun erməni katibləri tərəfindən yazılan xatirələrinin də saxta olduğuna diqqəti cəlb edib: “2 il İstanbulda yaşayan Morqentau bir dəfə də olsa şəhərdən kənara çıxmadığı halda Osmanlı imperiyasının ən uzaq guşələrində cərəyan edən hadisələri öz gözləri ilə necə görə bilərdi?”. Qafar Çaxmaqlı, Birinci dünya müharibəsi illərində yüzbaşı olan Sarkis Torosyanın xatirələrinin də saxta olduğunu ifşa edib.
Türk Tarix Qurumunun Aydın şəhərindəki Adnan Menderes universiteti ilə birgə təşkil etdiyi beynəlxalq konfransda Qərb ölkələrindən, keçmiş sovet respublikalarından, Orta Şərq ölkələrindən və Azərbaycandan alimlər iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Qrant uğrunda mübarizə
22.05.2018
Müdafiə Nazirliyi təkzib edir
22.05.2018
AXC xalqımızın şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşardır
22.05.2018
Aleksandr Vuçiç Bakıda Nikola Teslanın abidəsini ziyarət edib
22.05.2018
Qay Rayder: “Azərbaycan sosial sahəylə bağlı uğurlu təcrübəsini digər ölkələrlə bölüşdürməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info