Akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Tarix: 27.04.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Pirallahıda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb.
Hər il aprel ayının 28-i ölkəmizdə Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirə günü kimi qeyd olunur. Bu münasibətlə Pirallahı RİH-nin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının dəstəyi ilə Pirallahı rayonunda yerləşən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında təşkil olunmuş xatirə tədbirində RİH əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, xəstəxana kollektivinin üzvləri iştirak etdilər.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Hikmət Şikarov akademik Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verdi. Qeyd edildi ki, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunu Şahtaxtı kəndində anadan olmuşdur. Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin həyat yoldaşı, Prezidentimiz İlham Əliyevin anasıdır. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Görkəmli oftalmoloq 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini vurğulandı və bildirildi ki, O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.
Daha sonra çıxış edən 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov, YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva və başqaları öz çıxışlarında akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Qeyd olundu ki, Azərbaycanda görkəmli alimin adı layiqincə əbədiləşdirilmişdir, Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Milli Oftalmologiya Mərkəzi, Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını şərəflə daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Biri Bakıda, digəri Naxçıvanda olmaqla 2 küçə, bir neçə lisey və orta məktəb Zərifə Əliyevanın adını daşıyır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Xaçmaz sakini 200-dən çox dovşan saxlayır
21.06.2018
İmtahan fənlərinin sayı azaldılır
21.06.2018
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda dəyirmi masa keçirilib
19.06.2018
Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9447

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info