“Siri” funksiyası internetdə yeni sözlər tapacaq
Tarix: 30.04.2018 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


"Apple" şirkəti "Siri" səsli köməkçi funksiyası vasitəsilə yeni sözlərin müəyyənləşdirilməsi üzrə texnologiya üçün patent hüququ alıb. Proqram təminatı funksiyaya internetdə sözün mənasını tapdıqdan sonra ona müvafiq şəkildə reaksiya verməyə imkan verəcək.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, "Apple" şirkəti bununla səsli köməkçini təkmilləşdirərək inkişafa görə onun "Amazon Alexa" və "Google Home" servislərindən geriliyini azaltmağı planlaşdırır. "Siri" söz ehtiyatını artıraraq istifadəçilərin çoxlu suallarını cavablandıra biləcək. Məsələn, o, kriptovalyutanın nə olduğunu başa düşəcək.
Xatırladaq ki, "Apple" səsli köməkçisi mövcud funksiyalar arasında ən zəifi hesab olunur. "Loup Ventures" şirkəti tərəfindən bu yaxınlarda keçirilən tədqiqatda onunla təchiz edilən "HomePod" kolonkası düzgün cavablar üzrə ən az xal toplayıb.
"Apple" şirkəti hazırda "Siri" funksiyasının təkmilləşdirilməsi ilə ciddi məşğuldur. Bundan əvvəl şirkətin funksiyanın hazırlanması üçün yüzdən çox mühəndisi işə qəbul edəcəyi barədə məlumatlar yayılıb. Bundan başqa, "Google" şirkətinin süni intellekt şöbəsinin rəhbəri Con Canandreo "Apple" şirkətinə işləməyə keçib. Tərtibatçı vəzifəsi "Siri" funksiyasının yaxşılaşdırılması olan qrupa rəhbərlik edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə hind toyları rekord rəqəmə çatdı
23.08.2019
Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
22.08.2019
Nəhəng texnologiya şirkətləri qatil robotlar üzərində işləyir
22.08.2019
Hollandiyada dünyanın ən böyük velosiped parkı açıldı
22.08.2019
Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info