Uşaqlar üçün ödənişsiz tibbi aksiya keçirilib
Tarix: 01.05.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Pediatr Sveta Rəfiyeva: “Məqsədimiz uşaqların erkən tibbi müayinələrə cəlb edilməsini təbliğ etmək və valideynləri maarifləndirməkdir”
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının və “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin təşəbbüsü ilə aprelin 14, 21 və 28-də uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilib. Aksiyada həkim kardioloq, pediatrlar, nefroloq, endokrinoloq iştirak edib. “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin sədri, pediatr Sveta Rəfiyeva “Palitra”ya açıqlamasında bildirdi ki, bütün dünyada uşaqlar arasında ürək və qeyri-infeksion xəstəliklər getdikcə artır: “Məqsədimiz valideynlərin vaxtında övladlarını həkimə gətirməkdən çəkinməməsini təmin etmək və onlar arasında maarifləndirmə işlərini genişləndirməkdir. Aksiyanın əsas məqsədi uşaqların erkən tibbi müayinələrə cəlb edilməsini təbliğ etmək və valideynləri maarifləndirməkdir. 3 aksiya günü ərzində 251 xəstəyə baxılıb. Müayinədən keçirilən uşaqlar arasında ürək-qan-damar sisteminin xəstəlikləri, dayaq hərəkət aparatının patalogiyaları, Vitamin D3 çatışmazlığından şübhəli xəstələr, çəki və boy pozğunluğu ilə bağlı xəstələr üstünlük təşkil edirdi. Xəstələrin 99 faizi ilk dəfə idi ki, klinikaya müraciət edirdi. Daha bir məqsəd aztəminatlı ailələrin uşaqlarının yüksək avadanlıqla təchiz olunmuş klinikada tibbi müayinədən keçməsi idi. Onu da qeyd edim ki, ölkə Prezidentinin sərəncamı ilə 2015-2020-ci illər üçün qeyri-infeksion xəstəliklərlə mübarizə ilə bağlı strategiya təsdiqlənib. Biz də bu sərəncamdan irəli gələn tələbləri yerinə yetirərək uşaqlarda xəstəliyin profilaktikasını apararaq, xəstəliyin ilkin etapda aşkara çıxarılmasına çalışırıq”. Pediatr Sveta Rəfiyeva onu da qeyd etdi ki, belə aksiyaların rayonlarda da keçirilməsi planlaşdırılır. Bölgələrdə uşaqlar üçün ilk pulsuz tibbi aksiyanın Göyçayda keçirilməsi nəzərdə tutulur. Sveta Rəfiyeva onu da qeyd etdi ki, analoji aksiyanın böyüklər üçün də keçirilməsi planlaşdırılır.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info