“Yunanıstan azərbaycanlıları arasında yetərincə milli birlik var”
Tarix: 01.05.2018 | Saat: 15:34:00 | E-mail | Çapa göndər
Yunanıstanda Azərbaycan diasporu "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovla müsahibəni təqdim edirik. O, Yunanıstanda Azərbaycan diasporunun fəaliyyətindən və digər məsələlər haqqında söz açıb:
- Rəşid bəy, Yunanıstanda nə zamandan məskunlaşmısınız? Bu ölkədə təxminən nə qədər azərbaycanlı yaşayır? Onlar arasında əlaqə varmı?


- Artıq 15 ildir ki, ailəmlə birlikdə Yunanıstanın Saloniki şəhərində məskunlaşmışıq. Yunanıstanda təqribən çoxlu sayda azərbaycanlı yaşamır. Əksəriyyəti uzun illər burada məskunlaşdıqlarına görə artıq Yunanıstan vətəndaşlığı əldə edib. Ona görə də rəsmi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı nisbətən azdır. Amma heç bir həmvətənimiz öz milliyyətini danmır və Yunanıstan azərbaycanlıları arasında yetərincə milli birlik var.

- Yunanıstan siyasi dairələri ilə əlaqələriniz necədir?

- Yunanıstanda yerli özünüidarəetmə orqanları ictimai işlərdə çox fəaldır və cəmiyyətimiz yerli icra hakimiyyəti və bələdiyyələrlə sıx əməkdaşlıq edir.

- Qarşıda Azərbaycanın tanıdılması ilə bağlı hansı planlarınız var?


- Azərbaycanın Avropada təbliğ-təşfiqi ilə bağlı işlər və planlar çoxdur. Qarşıda layihələr reallaşdıqca, mediaya məlumat verəcəyik. Yaxın gələcəkdə Cümhuriyyət ili və ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

- Yerli media ilə əlaqələriniz varmı?

- Yerli KİV-lə münasibətlərimiz yaxşıdır. Bu yaxınlarda yerli radio proqramlarından birində Azərbaycanla bağlı maraqlı müsahibəmiz oldu. Bir neçə milli mahnımızı səsləndirdik.

- Erməni diasporu fəaliyyətinizə maneə yaradırmı?

- Yunanıstanda erməni diasporu kifayət qədər güclüdür və hərtərəfli maliyyə və mənəvi dəstəyə sahibdirlər. Doğrusu, bu günə kimi erməni diasporu ilə heç bir münaqişəli vəziyyətimiz müşahidə olunmayıb.


Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
14.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
12.05.2018
“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək”
10.05.2018
“Düşmənlərimizi susdurmaq üçün milli birliyimizi daim gücləndirməliyik”
10.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info