İdarə olunan “virtual qəhrəmanlar”
Tarix: 01.05.2018 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Azərbaycan müxalifətinin üz qarası olan xeyli sayda siyasətçi var ki, məhz onların üzündən müxalif qüvvələrin sosial bazası xeyli zəifləyib, insanlarda müxalif fikrə hörmət olsa da, müxalifətə zərrə qədər də hörmət qalmayıb. Xüsusən də, radikal müxalifətə... Təbii ki, bunu görən Qərbdəki bəzi dairələr müxalifət partiyalarına əvvəlki kimi dəstək də verməyəcəkdilər. Üstəgəl, Qərbdə yeni siyasi qüvvələrin meydana çıxması üçün hərəkətə də keçəcəkdilər. Hazırda Qərb Ermənistandakı qarışıqlıqdan istifadə etməyə çalışır, buranı özlərinin siyasi laboratoriyası kimi istifadə edirlər. Amma bunu Azərbaycanın daxilində edə bilmədiklərini görən həmin dairələr yeni metodlardan yararlanmağa çalışdılar. Nədir bu yeni metod? Azərbaycan cəmiyyətinin indiki hakimiyyətdən narazı olmadığını görən bu dairələr müxalifət partiyalarının insanları küçələrə çıxarıb ölkədə xaotik vəziyyət yarada bilməyəcəklərini anlayıb xaricdə yeni qruplar yaratdılar. Bu qruplar isə sosial şəbəkələrin imkanlarından yararlanaraq “virtual qəhrəmanlıqlar” göstərməyə başladılar. Əlbəttə, bu metod özünü doğrultmadı. Sosial şəbəkələrdən istifadə edən geniş kütlə üçün belə fəaliyyət, xüsusən də, “söyüş makinası” ürəkbulandırıcı oldu, insanlarda qıcıq yaratmağa başladı. Artıq bir azərbaycanlı xanımı sosial şəbəkələrdən-konkret olaraq “YouTube” və “Facebook”dan istifadə edirsə, tez-tez burada həmin qrupun söyüş, təhqir və anormal ifadələrlə dolu videolarını, statuslarını görməyə məcbur olur. Bir sözlə, milli-mənəvi dəyərlərimizə təpik atan bu qrupun fəaliyyəti insanlarımızda hiddətə səbəb olur.
Beləcə, məlum olur ki, ortaya heç bir siyasi konsepsiya, fəaliyyət, konkret siyasi mübarizə üsulu-koalisiya yaratmaq, fəaliyyət planı tərtib etmək, hökumətə iqtisadi layihələr, siyasi proseslərlə bağlı təkliflər qoya bilməyən bu savadsız qrupu müxalifət alternativ olaraq yaratmışdı. Amma əks-effekt verdiyini də gördü.
İndiki halda isə sabiq “diplomat” Nahid Cəfərov “virtual qəhrəman” olmaq uğrunda mübarizəyə başlayıb. Diqqətli oxucular, yəqin ki, xatırlayarlar, bir neçə il əvvəl xaricdəki səfirlikdəki vəzifəsindən kənarlaşdırılandan sonra Nahid Cəfərov öz ölkəsinə gəlməkdən imtina edərək Niderland Krallığından sığınacaq istəmişdi və təbii ki, heç bir problem olmadan ona sığınacaq verildi. Axı Qərbdə tələyə asanlıqla düşənləri göydə axtarırlar. Zatən istənilən xarici ölkədə xüsusi orqanlar bir sıra şantaj və s. üsullarla zaman-zaman xaricdə yaşayan, fəaliyyət göstərən digər millətlərin nümayəndələrini ələ almağa, öz ölkəsi əleyhinə işləməyə cəhdlər edirlər və bəzi hallarda buna nail olurlar. Sual yaranır, tarixən ən perspektivli, ən həsəd aparılası və hər kəsə əlçatan olmayan belə bir peşəyə sahib olan bir adam niyə öz gələcək perspektivini ayaq altına atsın? İşi iş, maaşı maaş, gələcəkdə də təcrübə toplayandan sonra yüksək vəzifələrə getmək ehtimalı olan birisi niyə qismətinə təpik atsın, axı? Demək nə isə qaranlıq məqamlar olub, haradasa bu adam öz ölkəsi əleyhinə olan dairələrə yem olubmuş. İndi bu adamın sosial şəbəkələr üzərindən paylaşdığı videolara baxanda, həqiqətən, ağıllı adamı gülmək tutur. Yalnız avam insanlar onun səmimiliyinə inanarlar. Fəaliyyətində qaranlıq məqamlar olduğu üçün 180 dərəcə dəyişib Vətənini satan adam, guya, xalqa canıyananlıq edərək xaricdəki söyüş qrupuna qoşulur.
Məsələnin digər tərəfi isə odur ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri olmuş və özünü "qiyamçı diplomat" kimi xalqa təqdim edən, əslində isə cəmiyyətimizdə satqın biri kimi ad çıxaran Arif Məmmədovla Nahid Cəfərov arasında çox yaxın münasibətlər olub. Bunu Arif Məmmədov da ilk gündən etiraf edib. İndi sual yaranır, doğrudanmı, bu bir təsadüfdür? Avropadan siyasi sığınacaq istəyərək öz ölkəsi əleyhinə çıxışlar edən Arif Məmmədov və Nahid Cəfərov eyni metodlardan, eyni yollardan yararlanmırlarmı? Bu, bir antimilli şəbəkənin qolu deyilmi?
Ümumiyyətlə, Orduxan, Tural, Vidadi və digərləri daim öz fəaliyyətlərində aşkar şəkildə göstərməyə çalışırlar ki, Avropada hər şey əladır, Azərbaycanda isə xalq Afrikada aclıqdan əziyyət çəkən xalqlar kimi yaşayır. “Orduxanlar”dan fərqli olaraq siz, axı gözəl bilirdiniz və təbliğ edirdiniz ki, Azərbaycan ildən-ilə daha da güclənir, iqtisadi, siyasi dayaqları daha da möhkəmlənir, beynəlxalq aləmdə bizimlə hesablaşmağa başlayıblar və s. Bütün bunları bilə-bilə, sizi nə vadar etdi ki, özünüzü Qərbdəki bəzi qüvvələrin, antiazərbaycan dairələrin qucağına atasız? Deyəcəksiniz ki, nədən bilirik ki, kənar dairələrə xidmət edirsiz. Son yayılan videosunda Nahid Cəfərov təklif edir ki, xaricdə “mühacir hökuməti” qurmaq lazımdır. Bax bu təklifinizdən açıq bəlli olur ki, siz idarə olunursunuz və bu “yeni ideya” dediyiniz fikir də kənardan, sadəcə, sizin dilinizdən ortaya atılan düşüncədir. Bu adamlar müxalifətin zəifliyini görüb, indi bu rolu öz üzərlərinə götürmək istəyirlər. Ona görə də iqtidarla yanaşı, müxalifət də hədəfə alınıb.
Ancaq sosial şəbəkələr üzərindən Azərbaycan ictimaiyyətinin şüuruna, ictimai fikrə təsir etməyə ayrılan vəsaitlər, göstərilən “diqqət” və “qayğı” effektini vermir. Necə deyərlər, “Xalqın gözü tərəzidir”. Bu xalq 90-cı illərdə Şərqə, Qərbə, Cənuba, Şimala, hər yerə işləyən onlarla siyasətçini gördü, yola saldı... Bizə yeni, yalançı meydan hərəkatçıları, virtual qəhrəmanlar lazım deyil!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
06.08.2018
Vaaqn Xaçatryan: “Heç bir ölkə Ermənistana kredit vermək niyyətində deyil”
04.08.2018
Ermənistanda pensiyaların artımı gözlənilmir
30.07.2018
“Standard & Poor’s“: “Azərbaycan iqtisadiyyatı 2021-ci ilə qədər 3 faiz artacaq”
24.07.2018
“Azərbaycandan Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram”
24.07.2018
“Irates“: “Ermənistan rəsmilərini ABŞ və Kanadada ən aşağı səviyyədə qarşılayıblar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9856

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info