Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ardıcıl mövqe tutub”
Tarix: 04.05.2018 | Saat: 23:48:00 | E-mail | Çapa göndər



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən acı nəticələrindən biri də bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün olmasıdır. Lakin Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərimizi hər zaman diqqətdə saxlayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələni ölkəmizə gələn qonaqlarla da müzakirə edir. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ötən gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb. Komitədən verilən məlumata görə, R. Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərinə məcburi köçkünlərin problemlərinə həssas yanaşdığı üçün təşəkkür edib. O, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkədə uzun müddət fəaliyyət göstərdiyini və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərinin həllinə müxtəlif layihələrlə dəstək verdiyini diqqətə çatdırıb.
Komitə sədri vurğulayıb ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan bu sahədə olan çətinliklərin böyük hissəsinin öhdəsindən gəlib. Onu da bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğalından azad olunan Cocuq Mərcanlı kəndinin yenidən bərpası buna bariz nümunədir. Eyni zamanda, R. Rzayev qeyd edib ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətdə görüləcək işlər hələ çoxdur.
Qonaq BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirdiyi qiymətləndirmənin nəticələrindən danışıb. Furio de Angelis məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını söyləyib. Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Silahlı Qüvvələrimiz Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir

Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hazırda ölkəmizdə hərbi sənaye sahələri formalaşdırılıb və müxtəlif hərbi sursatların istehsalı ildən-ilə artırılır.
Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri bunu bir daha göstərdi. Məlum aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Ordumuzun bu hadisələr zamanı göstərdiyi şücaət belə deməyə tam əsas verir. Bütün bunlar orduya göstərilən diqqətdən irəli gəlir.
Müdafiə Nazirliyi 2018-ci il üçün tədbirlər planına əsasən aprel ayında dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Şəmkir, Gədəbəy, Tərtər, Kəlbəcər, Cəbrayıl, Xocavənd, Qusar, Füzuli, Bakının Səbail, Binəqədi, Xətai və Qaradağ rayonları, o cümlədən Sumqayıt, Gəncə şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 30-dan artıq tədbir təşkil olunub, şəxsi heyətlə görüşlər keçirilib.
Aprel şəhidlərinin, Azərbaycanın Milli qəhrəmanlarının anma mərasimlərində, onların ailə üzvləri ilə görüşlərdə, hərbi idman oyunlarında və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, məktəblilər və tələbələr yaxından iştirak ediblər. Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə apreldə Müdafiə Nazirliyi tərəfindən 129 rəsmi məlumat, 196 foto, 14 videomaterial hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.
Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 11 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil edilən 30 tədbirin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri dəvət olunublar.

Ermənilərin ekoloji terrorçuluqları davam edir
Ermənilər işğal etdikləri ərazilərimizi talan etməkdə davam edirlər. Bu ərazilərdə erməniləri ekoloji terrorçuluqlarından da əl çəkmirlər. Qeyd edək ki, işğal altındakı Dağlıq Qarabağ ərazilərində Azərbaycanın iki təbiət qoruğu var. Bunu Ekologiya Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib. O qeyd edib ki, həmin qoruqlar Bəsitçay və Qaragöl qoruqlarıdır: "Həmin qoruqlar 109 və 300 ha əraziyə malikdir. Bəsitçay qoruğunda, əsasən, Xan çinarı ağaclarıdır.
S.Abbasov bildirib ki, bundan başqa, Dağlıq Qarabağda 260 min hektar meşə, Qazax, Goranboy və Füzuli rayonlarının işğal altındakı ərazilərində isə 4 min hektar meşə sahəsi qalıb:
"Həmin meşələr ermənilər tərəfindən məhv edilir. Bu, Ermənistanda mebel sənayesinin inkişaf etməsindən bəllidir. Ermənistanın öz ərazilərinə qalsa, onların 1 stul düzəltməyə yararlı meşə ağacları yoxdur".

Mariya Zaxarova: “Bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın da diqqətindədir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə də bağlı fikir bildirib: Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır. Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info