“Biz Azərbaycanı çox sevirik”
Tarix: 04.05.2018 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Yasir Rəşid: “Əfqanıstan və Azərbaycan müxtəlif siyasi, sosial, tarixi və etnik əlaqələrə malikdir”

Müsahibimiz Yasir Rəşid Xəzər türküdür. Əfqanıstanda dünyaya gəlib. Gənc politoloq, jurnalist və tərcüməçidir. Əhməd Yasəvi adına Beynəlxalq Qazaxıstan-Türk Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsidir. Əvvəllər Qazaxıstan Memarlıq və İnşaat İnstitutunun Memarlıq fakültəsində təhsil alıb. Qazaxıstanda Gənclər Tərəfdaşlığı Şəbəkəsinin koordinatoru kimi UNFPA-nın ofisində çalışır. Türk, yapon, rus, ingilis və fars dillərini bilir və gələcəkdə diplomatiya sahəsində çalışmaq istəyir.
- Əfqanıstanda Azərbaycanı necə tanıyırlar?
- Əfqanıstan və Azərbaycan müxtəlif siyasi, sosial, tarixi və etnik əlaqələrə malikdir. Əfqanıstanda Xəzər türkləri, qızılbaşlar, bayatlar, özbəklər, qırğızlar, türkmənlər və s. daxil olmaqla müxtəlif türk xalqları yaşayır. Bunun üçün Azərbaycan bütün əfqan xalqına, xüsusilə türk xalqlarına tanınan bir ölkədir.
Ötən əsrin 90-cı illərində Xəzərlər ilə Azərbaycan xalqı arasında yaxşı münasibətlər yaranıb. Azərbaycan və Əfqanıstan arasında çox gözəl münasibətlər var. Qarabağ müharibəsində Əfqanıstan Azərbaycana kömək edib. Bəzi məlum olmayan mənbələrə görə, Xəzərlər Qarabağ müharibəsində bir çox şəhid veriblər.
2001-ci ildən Azərbaycan əfqan xalqına kömək edən və Əfqanıstanı dəstəkləyən ölkələrdən biridir. Fürsətdən istifadə edib Əfqanıstan xalqına yardım və dəstəyinə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlığımı bildirirəm. Bu, Azərbaycan xalqının qardaşlığı və dürüstlüyünün bariz nümunəsidir. Bir qardaş ölkə olaraq mən deyə bilərəm ki, biz Azərbaycanı və onun xalqını sevirik.
- Xəzər dənizi sizin üçün nə dərəcədə maraqlıdır?
-Mən bir Xəzər türkü kimi cavab versəm, bəzi mənbələrə görə Xəzər adı Xəzər dənizindən gəlir, yəni Azərbaycan xalqı və Xəzər dənizi ilə çox yaxın tarixi və etnik münasibətlərimiz var.
Amma Əfqanıstan vətəndaşı olaraq cavab versəm, iki ölkə arasında yaxşı ticari və iqtisadi layihələr var. Bunlara misal olaraq, Azure yolu, yəni Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə Nəqliyyat Dəhlizini söyləyə bilərik. Azure ticarət yolu Torghandi və Aqina tranzit dəhlizlərini keçməklə Türkmənistan, Azərbaycan və Gürcüstanı Türkiyəyə daşıyır.
Xəzər dənizi Əfqanıstan dövləti üçün tarixi baxışdan və tranzit, ticarət və iqtisadi baxımdan çox vacibdir.
-Ümumiyyətlə, Azərbaycanda olubsunuzmu?
-Bəli, mən 2016-cı ilin yayında Qarabağ haqqında olan bir layihə ilə bağlı Bakıda olmuşdum. İlk dəfə idi ki, sizin ölkəyə gəlirdim və çox xoşuma gəldi. Bakı və ümumiyyətlə, Azərbaycanı ziyarət etmək mənim üçün çox xoşdur. Təəssüratım budur ki, azərbaycanlılar zəngin mədəniyyətə malik xalqdır.
İnşallah, bu gözəl ölkəni ziyarət etmək üçün başqa bir şans olar. Gözəl Azərbaycanın digər yerlərini ziyarət etmək istəyirəm.
-Azərbaycanda hər hansı təşkilatla əməkdaşlıq etmək planınız varmı?
-Beynəlxalq əlaqələr, beynəlxalq iqtisadiyyat və ticarət sahəsində işləmək istəyən bir şəxs kimi, əlbəttə ki, Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları ilə işləmək istərdim. Ümid edirəm ki, Azərbaycana yerli mədəniyyəti, xarici və enerji siyasəti üzrə araşdırma aparmaq üçün gələcəyəm.
Hazırda bir staj proqramı axtarıram, amma rəsmi olaraq bəzi Azərbaycan təşkilatları ilə işləmək istərdim. Təəssüf ki, mən fəal azərbaycanlı təşkilatların dəqiq siyahısını bilmirəm.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“Babamızın şeirlərinə sahib çıxanlar var”
10.07.2018
“Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
02.07.2018
“Amerikalı musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərinə böyük maraq göstərirlər”
02.07.2018
“KİV-də intihar xəbərlərinə geniş səkildə yer verilməməlidir”
27.06.2018
“Ədəbiyyat yaradılışdan mənim içimdə, ruhumda olub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9655

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Qədim Misir incəsənəti və Fəyyum portretləri haqqında


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info